Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

3 aylıq olanda nə baş veribsə xatırlayır

Ceyranbatanda toyda dava Biri komadadır

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

Sözlərdəki sən

Sözlərdəki sən

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ələddin Əzimlinin "Sözlərdəki sən" adlı şeirlər kitabı çapdan çıxıb. "Qanun" nəşriyyatında çap olunan kitabda müəllifin əlli illik yaradıcılığı boyu müxtəlif mövzularda qələmə aldığı şeirlərindən seçmələr toplanıb.

Ələddin Əzimli 1955-ci il yanvar ayının 10-da Cəlilabad rayonunun Alar kəndində anadan olub. 1978-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1978-2000-ci illərdə müəllim işləyib. 2013-cü illərdə "ANS" Müstəqil Media və Yayım şirkətinin Cəlilabad müxbir məntəqəsinin rəhbəri olub.

Ələddin Əzimli gənc yaşlarından şeir və publisistik yazılarla mətbuatda çıxış edir. Onun  "Yarımçılıq yuxular" adlı ilk şeirlər kitabı 2004-cü ildə nəşr olunub. Müəllif 60 yaşının ərəfəsində oxucuların görüşünə "Altımışa doğru" adlı kitabı ilə gəlib. 2014-cü ildə şairin tələbə yoldaşlarına həsr etdiyi "Elə yaşayaq ki, unudulmayaq" adlı poeması ayrıca kitab şəklində çap olunub. Son dövrdə çox fəal çalışan Ələddin Əzimlinin "Üç şairin bir kitabı" adlı şeirlər toplusu, eləcə də "Sən" adlı kitabı 2015-ci ildə işıq üzü görüb.  2016-cı ildə "Varis", 2019-cu ildə isə "Susamış dəniz" adlı kitabı çap olunub. Şairin sayca 8-ci kitabı olan "Şeir yazmıram ki" şeirlər toplusu 2022-ci ildə nəşr olunub. Onun "Əllərini ver mənə" kitabı isə 2024-cü ildə işıq üzü görüb.

Bu kitabda şairin "Həqiqət", "Nura doğru", "Döyülən qapı", "Karvan", "Zaman ölçüsü", "Payızın son nəğməsi", "Bu şəhər", "Yarımçıq yuxular", "Pəncərə", "Uzaqdan məktub", "Düşüncə", "Səadət içində", "Süstlük", "Ömür", "Yalan", "Qaraltı", "Duman", "Qəhər", "Yarıqaranlıq həyat" kimi kimi şeirləri yer alıb.

Şairin qələmə aldığı şeirlərin əsas mövzusu Vətən, sevgi, xeyirxahlıq, vətənpərvərlik, insan səmimiyyəti, təbiətə vurğunluq, insan idealına sədaqət təşkil edir. Ələddin Əzimli şeirlərində vətəni sevməyin poetik ifadəsinin ən yüksək bədii inikasını təcəssüm etdirən şairdir.

Qayadan

Qırıq-qırıq qopan

mərmi qumsallı

qəlpəsən, Vətən!

Yenə də

ruhuma çökmüsən,

gözümün önünə

gəlmisən, Vətən!

O qərib yurdda

tonqal çatacağam

didərginlərin

isinə bilsinlər, Vətən!

Məni çağır çətində,

Gücüm çatana qədər

Yetim dadına, Vətən!

SEVİNC

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Oktyabr 2025 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1045

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see582

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see336

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see310

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see308

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see307

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see301

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see260

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see234

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see210

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see195

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see194

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see192

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see192

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see187

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see186

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see184

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see176

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see173

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri