Icma.az
close
up
RU
Sözümüzün qalası: Ulu Öndərin dilimizə verdiyi dəyər

Sözümüzün qalası: Ulu Öndərin dilimizə verdiyi dəyər

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Ulu Öndərin Cəsarətli Addımı – Ana Dilimizin Qürur Tarixi Hər bir xalqın milli kimliyinin təməl daşı onun ana dilidir. Dil bir millətin yaddaşı, düşüncə tərzi, mənəviyyat dünyasıdır. Bu mənəvi sərvətin qorunması və inkişafı isə tarixin ağır sınaqlarından yalnız böyük liderlərin cəsarəti və uzaqgörən siyasəti ilə keçə bilir. Azərbaycan xalqının mərd oğulları zaman-zaman dilimizin keşiyində durublar. Azərbaycan dilinin dövlət dili kimi işləndiyi XVI əsrdən sonrakı tarixi dövrdə dilimizə dövlət dili kimi status gətirən lider Ulu Öndər Heydər Əliyev öz siyasi mövqeyi ilə seçildi.

Azərbaycan dili  kökləri ilə minilliklərin dərinliklərinə gedib çıxan, ədəbi ənənələri ilə zəngin, Dədə Qorqud irsindən süzülərək bu günə qədər gələn qədim bir dildir. Bu dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqımızın varlıq nişanəsi, milli dövlətçiliyimizin simvoludur. Məhz bu baxımdan Heydər Əliyevin sovet dövründə Azərbaycan dilinin hüquqlarını qorumaq uğrunda apardığı mübarizəsi əsl qəhrəmanlıq nümunəsidir.

1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” maddəsinin daxil edilməsi, o dövrün siyasi reallıqları fonunda tarixi və cəsarətli bir addım idi. Sovet imperiyasında milli dillərin sıxışdırıldığı, rus dilinin hegemon olduğu bir zamanda bu təşəbbüs milli iradənin ifadəsi, xalqın ruhunun təntənəsi idi. Bu, Ulu Öndərin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri idi.

Ulu Öndər yalnız qanunlarla deyil, həm də şəxsi nümunəsi ilə dilə sahib çıxdı. Rəsmi tədbirlərdə Azərbaycan dilində çıxış etməsi, ziyalılara dəstək verməsi, ana dilində yazıb-yaradan yazıçı və şairlərin təşviqi onun dilə olan sevgisinin sübutudur. Azərbaycan məktəblərinin, ali təhsil ocaqlarının, ədəbiyyat və mətbuat orqanlarının inkişafına göstərilən diqqət dil siyasətinin sistemli və ardıcıl aparıldığının göstəricisidir.  Azərbaycanın böyük yazıçıları öz əsərlərini, demək olar ki, yalnız ana dilində yazır, Azərbaycan Yazıçılar İttifaqının aparıcı mətbuat orqanları - “Azərbaycan”, “Ulduz” jurnalları, “Ədəbiyyat və incəsənət” qəzeti Azərbaycan dilində nəşr edilirdi.

    Əlavə olaraq onu da qeyd edim ki, Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş bir ardıcıllıqla araşdırılıb. Çoxcildlik “Müasir Azərbaycan dili” kitabları yazılıb. Həmin çoxcildliklərdən biri - ali məktəblər üçün “Müasir Azərbaycan dili” dərsliyi Azərbaycan Dövlət mükafatına layiq görülüb. Ana dilini araşdıran alimlərin əməyi yüksək qiymətləndirilməklə, əslində ana dilinin nüfuzu bir daha təsdiq edilib.

Müstəqillik dövründə isə bu siyasət daha yüksək mərhələyə yüksəldi. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edildi. Bu, xalqın əzmi ilə təsdiqlənmiş milli iradənin təzahürü idi. 2001-ci ildə latın qrafikalı əlifbaya keçid və 1 avqust tarixinin Ana dili və Əlifba Günü kimi qeyd olunması isə dil siyasətinin ideoloji və praktik davamıdır. 2002-ci il 30 sentyabr tarixində  “Azərbaycan Respublikasında  dövlət dili haqqında ” Qanun qəbul edildi. Bu isə dilimizin hüquqi statusunu nizamlayırdı.

Ulu Öndərin bir fikri bu mövzunu ən dəqiq ifadə edir:

“Dil, dil, bir də dil... Bizim gənclərə deyirəm ki, rus dilini də, ingilis, fransız dilini də yaxşı bilin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursan.”

Bu sözlər təkcə çağırış deyil, milli kimliyimizin formuludur. Dil yalnız danışmaq üçün deyil, vətənpərvərliyin mayası, əxlaqın aynası, ədəbiyyatın nəfəsidir. Etiraf edək ki, dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi olmasaydı, Ana dilimiz müxtəlif təsirlərə məruz qalardı və yaradılmış süni maneələr onu sıradan çıxara bilərdi. Sövet İmperiyasına daxil olan türk dilli ölkələr içərisində ən az təsirə məruz qalan, dəyişilən  məhz Azərbaycan türkcəsidir.

Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir.

Bunun nəticəsidir ki, 2018-ci il “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı dilin inkişafı və qorunması istiqamətində yeni bir addım oldu.

“Dünyada 5 minə yaxın dil var, amma onların 200-ə yaxını rəsmi dövlət dilidir. Azərbaycan xalqı xöşbəxt xalqlardandır ki, dilini qoruyub yaşadan dövləti var. Bu gün dünyada 50 milyondan çox insan  Azərbaycan dilində danışır. Çindən Avropaya qədər böyük bir ərazidə kök salmış ana dilimiz türk dili ailəsinə məxsusdur. Şərqdə Çin, şimalda rus, cənubda fars, qərbdə isə Avropa dillərinin təsirinə məruz qalsa da, dilimiz bu gün yaşayır və inkişaf edir. Məmləkətimiz kimi müstəqildir.

Biz vətəndaşlar olaraq bu böyük yolun yolçusu olmalıyıq. Ana dilimizi qorumalı, yaşatmalı və zənginləşdirməliyik. Çünki dilimizi qorumaq — Vətəni qorumaqdır.

Mehriban Vəliyeva 

Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Aprel 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri