Icma.az
close
up
RU
Ermənistanın başqa yolu qalmayıb: Konstitusiya dəyişikliyi İrəvan qaçılmaz ssenaridir

Ermənistanın başqa yolu qalmayıb: Konstitusiya dəyişikliyi İrəvan qaçılmaz ssenaridir

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

"Ermənistan hökumətinin Konstitusiya dəyişikliyinə getməkdən başqa alternativi yoxdur".

Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Onun sözlərinə görə, Azərbaycanın apardığı siyasət və yaratdığı reallıq yalnız rəsmi Bakının istəyi əsasında yox, eyni zamanda beynəlxalq qanun əsasında formalaşıb:

"Regionda ədaləti, sülhü, beynəlxalq qanunları görmək üçün Minsk qrupu ləğv olunmalıydı. Həmçinin, Ermənistan Konstitusiyasından başqa dövlətlərə qarşı ərazi iddiaları ilə bağlı müddəalar çıxarılmalıdır. Normal münasibətlər yaranmalıdır. Normal münasibətlərin yaranmasında əsas məsələlərdən biri də ərazi bütövlüyünə dair heç bir iddianın olmamasıdır. Ona görə də Konstitusiya dəyişikliyi sadəcə Azərbaycanın istəyi, tələbi kimi təqdim olunmamalıdır”.

Müsahibimiz qeyd edib ki, Ermənistanın gələcəkdə normal dövlət kimi bu regionda mövcudluğuna əsas yaradan və Azərbaycan-Ermənistan münasibətlərinə müsbət təsir göstərən amil kimi qiymətləndirilməlidir. Deputat vurğulayıb ki, ona görə də baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan bu istiqamətdə bəyanatlar səsləndirirlər:

“Düzdür, Ermənistanda seçki qabağı bu məsələdən istifadə edəcəklər, arqument kimi gündəmə gətirəcəklər. Ancaq gec-tez Ermənistan Konstitusiyasında dəyişiklik öz əksini tapacaq".

Səməd Seyidov: Ermənistanda paradoksal vəziyyətdir, müharibə haqqında kilsənin nümayəndələri danışır

Parlament üzvü diqqətə çatdırıb ki, hazırda Ermənistanda mövcud siyasi qüvvələr iki düşərgədə formalaşıb:

"Birinci düşərgə artıq başa düşür ki, regionda yeni reallıqlar formalaşıb və bunun səbəbkarı Azərbaycandır, dövlətimizin qələbəsidir, öz torpaqlarını azad etməsidir. Paşinyan və onun ətrafındakı qüvvələr bu düşərgədə cəmlənib. Müxtəlif ritorikası, fərqli yanaşmaları olsa da, bu qüvvələrin Azərbaycanla münasibətləri normallaşdırmaq istiqamətində real addımlar atmaq iqtidarında olması müzakirə mövzusu ola bilər. Digər cinah isə hakimiyyətə yiyələnmək və ondan sonra yeni reallıqları dəyişdirmək, sülhü pozmaq, yenidən müharibə aparmaq, regiona xaos yaratmaq məqsədi güdür. Biz buna ciddi diqqət yetirməliyik”.

Adətən, müharibə haqqında siyasətçilərin danışdığını deyən deputat qeyd edib ki. ancaq Ermənistanda paradoksal vəziyyətdir, çünki müharibə haqqında kilsənin nümayəndələri danışır:

“Kilsənin nümayəndələri müharibə, ölüm haqqında danışırsa, onlar real kilsəni təmsil edə bilməzlər. Deməli, onların niyyəti sadəcə hakimiyyətə gəlmək yox, mövcud reallığı dəyişdirməkdir. Ona görə də Paşinyan əlində olan imkanlardan istifadə edir".

S.Seyidov əlavə edib ki, məsələnin başqa mühüm tərəfi də var:

"Ermənistanda hazırda həbslər var, təzyiqlər edilir və s. Səbəblərini izah etdik. Ancaq məsələ Qərbin Ermənistanda baş verənlərə susqunluq nümayiş etdirməsidir ki, bu da Qərbin ikili standartlardan çıxış etməsini bizə göstərir. Bəlli olur ki, Avropa təsisatlarının məqsədi real insan haqqları, demokratiya, qanunun aliliyi yox, öz maraqlarını regionda təmin etməkdir. Bunlar görürlər ki, Qərb öz maraqlarını Paşinyan hökuməti ilə daha yüksək səviyyədə həyata keçirə bilər. Ona görə də hansısa formada baş verənlərə göz yumurlar".

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 Dekabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri