Icma.az
close
up
RU
Sözün sehrini yaşadan ustad Firudin Ağazadənin 75 illik yubileyi qeyd olunub

Sözün sehrini yaşadan ustad Firudin Ağazadənin 75 illik yubileyi qeyd olunub

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 7 fevral, AZƏRTAC

Fevralın 7-də Azərbaycan Mətbuat Şurasında görkəmli ədəbiyyatşünaslar, yazıçılar və mədəniyyət xadimlərinin iştirakı ilə çağdaş tərcümə sənətinin istedadlı və məhsuldar nümayəndəsi, şair və jurnalist Firudin Ağazadənin 75 illik yubileyi qeyd olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədr müavini Dağbəyi İsmayılov və başqaları Firudin Ağazadənin Azərbaycan ədəbiyyatına və tərcümə sənətinə verdiyi töhfələri yüksək qiymətləndirərək onun yaradıcılığının zəngin bədii-estetik dəyərini vurğulayıblar. Bildirilib ki, ömrünün yarım əsrdən çoxunu ingilis dilindən bədii və sənədli tərcümə işinə həsr etmiş Firudin Ağazadə ölkəmizin nüfuzlu mətbuat və nəşriyyat qurumlarında peşəkar və səmərəli fəaliyyəti ilə layiqincə hörmət və rəğbət qazanıb. Qeyd olunub ki, Firudin Ağazadə klassik və müasir dünya ədəbiyyatının bir sıra nadir incilərini dilimizə çevirməklə ədəbi əlaqələrin inkişafına töhfə verib. Onun yaradıcılığı yalnız tərcümə sahəsi ilə məhdudlaşmır, eyni zamanda, dərin fəlsəfi məna yükü daşıyan şeirləri, publisistik məqalələri və digər əsərləri ilə oxucuların marağını qazanıb.

Çıxış edənlər Firudin Ağazadənin əsərlərindən parçalar səsləndiriblər. Yubilyar öz növbəsində tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirərək ədəbiyyatın inkişafına bundan sonra da xidmət edəcəyini diqqətə çatdırıb.

Tədbirin sonunda Firudin Ağazadəyə fəxri diplomlar və qiymətli xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, 1950-ci ilin fevralında Lerik rayonunun Zuvand mahalının Pirasora kəndində dünyaya gəlmiş Firudin Ağazadə 1966-cı ildə Azərbaycan Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) İngilis dili fakültəsinə daxil olub. Tələbəlik illərində İsmixan Rəhimov, Oruc Musayev, Ənvər Rza, Zeydulla Ağayev kimi məşhur filoloq və xarici dil mütəxəssislərindən dərs alıb, ana dilimizə tərcümə sənətinin sirlərini dərindən mənimsəyib. O, media orqanlarında və ali təhsil müəssisələrində uzun illər ərzində fəaliyyət göstərərək həm də bilik və bacarıqlı davamçılarını yetişdirib.

Firudin müəllim 15 il “Azərnəşr”də tərcümə redaktoru, 26 il AZƏRTAC-ın Xarici dillər redaksiyasında tərcüməçi və buraxılış redaktoru kimi xidmət edib. Eyni zamanda, Azərbaycan Mətbuat Şurasının tərcüməçisi və Dövlət İmtahan Mərkəzinin jurnalistika üzrə eksperti olaraq ictimai fəaliyyət göstərib. Təqaüdə çıxdıqdan sonra yaradıcı fəaliyyətini “Qanun” jurnalında tərcümə redaktoru olaraq davam etdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Fevral 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri