“SpaceX” “Cursor”u 60 milyard dollara aldı
Icma.az bildirir, Bakupost portalına istinadən.
Elon Maskın sahibi olduğu “SpaceX” süni intellekt əsaslı kodlaşdırma platforması “Cursor”u 60 milyard dollara satın alıb.
“Bakupost” xəbər verir ki, tərəflər satınalma razılaşmasını iyun ayında açıqlayıblar. Əməkdaşlığın isə daha əvvəl, “Cursor”un süni intellekt modellərinin hazırlanması məqsədilə başladığı bildirilib.
Razılaşma çərçivəsində “SpaceX”in güclü süni intellekt infrastrukturu “Cursor”un istifadəsinə veriləcək. Şirkət dünyanın ən böyük GPU (güclü hesablama çipi) infrastrukturuna çıxış əldə edəcəyini açıqlayıb.
Bu imkanın daha inkişaf etmiş süni intellekt modellərinin hazırlanmasına və onların müştərilərə daha aşağı qiymətlərlə təqdim edilməsinə kömək edəcəyi gözlənilir.
Satınalma “xAI” şirkətinin də “SpaceX” ilə birləşərək “SpaceXAI” adını aldığı dövrə təsadüf edir. “SpaceXAI” və “Cursor” birlikdə “Grok 4.5” və daha sonra “Grok 4.6” modellərini hazırlayıb.
Vüsalə Hüseynova,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 17 Avqust 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















