SpaceX süni intellektə 74 milyard dollardan çox sərmayə yatıracaq
Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Müəllif:Mehin Qasımova,Banco.az
İlon Maskın rəhbərlik etdiyi "SpaceX" şirkəti ABŞ-da iki böyük süni intellekt və superkompüter kampusu inşa etmək üçün 74 milyard dollardan çox investisiya yatırmağı planlaşdırır.
Banco.az xəbər verir ki, layihələrdən biri Texas ştatının Rio-Qrande Vadisində, Starbase ərazisində, digəri isə Arizona ştatının Koçis dairəsində həyata keçiriləcək.
Şirkətin açıqlamasına görə, Texasdakı layihəyə 24 milyard dollardan çox, Arizonadakı kampusa isə təxminən 50 milyard dollar sərmayə qoyulacaq.
İnvestisiyaların minlərlə yeni iş yeri yaratması gözlənilir. Belə ki, Texasdakı layihə tikinti mərhələsində 3 000-dən çox, fəaliyyətə başladıqdan sonra isə 500-dən çox daimi iş yeri təmin edəcək. Arizonadakı kampusda isə tikinti dövründə təxminən 5 500, sonrakı mərhələdə 1 000 daimi iş yerinin yaradılması nəzərdə tutulur.
"SpaceX" Texasdakı layihə çərçivəsində öz elektrik enerjisini istehsal etməyi, həmçinin Brownsville şəhərinin su və kanalizasiya infrastrukturunun genişləndirilməsinə 220 milyon dollar yatırmağı planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 13 Noyabr 2026 09:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















