Icma.az
close
up
RU
Spiegel: Şolts Ukraynaya milyardlarla avroluq yardımı əngəlləyir

Spiegel: Şolts Ukraynaya milyardlarla avroluq yardımı əngəlləyir

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Almaniya Federal Kansleri Olaf Şolts Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin təklif etdiyi Ukraynaya yeni böyük hərbi yardım paketinə razılıq vermir.  

Qaynarinfo xəbər verir ki, bu barədə "Spiegel”in məlumatında deyilir.  

Məlumatlara görə, Almaniya hökumətində - yaxınlarda keçiriləcək növbədənkənar seçkilər ərəfəsində - Ukraynaya əlavə hərbi yardım mövzusunda həftələrdir mübahisə gedir.  

"Yaşıllar" partiyasından olan xarici işlər naziri Annalena Berbok və Şoltsun həmpartiyalısı, müdafiə naziri Boris Pistorious növbədənkənar seçkilərdən əvvəl - 23 fevrala qədər Ukraynaya ən vacib silahları tədarük etmək üçün təxminən 3 milyard avro məbləğində əlavə yardım ayrılmasını təklif ediblər.  

Yardım paketi Ukrayna tərəfinin tələblərinə uyğun şəkildə tərtib edilib. Paketdə 3 ədəd IRIS-T batareyası və onların işləməsi üçün tutucu raketlər, Patriot sisteminə əlavə tutucular, 10 özüyeriyən haubitsa və artilleriya mərmiləri yer alıb.  

Pistorious və Berbok bu addımın Ukraynaya alman yardımının azalmayacağını göstərən mühüm bir siqnal olacağına inanırlar.  

Nazirlərin planı belə idi ki, hökumət qeyri-planlaşdırılmış xərclərə dair razılıq üçün Bundestaqın büdcə komitəsinə müraciət etsin. Əvvəlki təcrübələrdə bu mexanizmdən istifadə edilib. Onlar, xüsusilə, Şərq cəbhəsində ağır vəziyyəti və ABŞ-ın Donald Trampın yenidən hakimiyyətə gəlməsi səbəbindən gələcəkdə göstərə biləcəyi yardımın qeyri-müəyyənliyini əsas gətirirdilər.  

Lakin yanvar ayından etibarən paket hazırlığındakı iş dayanıb, çünki Şoltsun ofisindən əlavə xərclərə qarşı çıxıldığını bildirən siqnallar gəlib.  

"Spiegel”in məlumatına görə, Şoltsun mövqeyi onun bu paketi tənqidi vacib bir zərurət kimi görməməsi ilə izah edilir. Şolts indiyədək ayrılmış yardımın yaxın müddət üçün kifayət olacağını hesab edir və yeni hökumət formalaşana qədər belə bir addım atmaq istəmir.  

2025-ci il üçün ilkin büdcədə hərbi yardımlara 4 milyard avro ayrılması planlaşdırılır. Eyni zamanda, Ukraynanın, Rusiya aktivlərindən əldə olunan gəlirlərlə maliyyələşdirilib G7 tərəfindən təmin edilən 50 milyard dollarlıq krediti istifadə edəcəyi gözlənilir.  

Şoltsun razılığı olmadan yeni yardım paketini təsdiqləmək mümkün deyil. SPD-də qeyri-rəsmi olaraq bildirilir ki, kanslerin həqiqi motivləri seçkilərlə bağlıdır. Şolts bu addımın, SPD-yə səs verməkdə tərəddüd edən seçicilərin bir hissəsini narazı salacağından narahatdır. Bunun əksinə olaraq, "Yaşıllar" müdafiə xərclərinin artırılmasına və Ukraynaya aktiv dəstəyə dəstək olmaqla siyasi xal qazanmaq niyyətindədirlər.  

Hər iki nazirlik rəsmi olaraq bu məlumatları şərh etməkdən imtina edib.  

Xatırladaq ki, 2024-cü ilin dekabrında Almaniya Ukraynaya IRIS-T və Patriot sistemlərini əhatə edən böyük yardım paketi təqdim etmişdi.  

Alpər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:238
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Yanvar 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri