Icma.az
close
up
RU
Spiker deputatları Astana səfəri barədə məlumatlandırdı

Spiker deputatları Astana səfəri barədə məlumatlandırdı

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Bizim iclasımız Azərbaycan tarixinin gedişini dəyişmiş bir hadisənin ildönümü ərəfəsində keçirilir. İki gündən sonra xalqımız Qurtuluş bayramını qeyd edəcək".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxışında deyib.

"Bildiyiniz kimi, 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin ali hakimiyyətə qayıtması Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdi. Ulu Öndərin siyasi iradəsi, qətiyyəti, zamanın çağırışlarına yaradıcı münasibət bildirmək və düzgün qərarlar qəbul etmək qabiliyyəti sayəsində  xalqımız müstəqil dövlətini qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı reallaşdıra bildi.

Ümummilli Liderimizin  məharətlə və əzmlə xilaskarlıq missiyasını həyata keçirməsi, hüquqi, demokratik və dünyəvi dövlətin möhkəm təməlini yaratması Azərbaycanın tarixinə milli qurtuluş və quruculuq dövrü kimi əbədi həkk olunmuşdur. 

Ulu Öndərin başladığı tarixi missiya bu gün eyni əzm və iradə ilə davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət ölkəmizi keyfiyyətcə yeni inkişaf səviyyəsinə yüksəltmişdir. Azərbaycan dinamik iqtisadi artıma nail olmuş, nəhəng infrastruktur layihələri həyata keçirmiş, ordunu möhkəmləndirmişdir", - deyən spiker qeyd edib ki, bu gün Azərbaycan Respublikası dünyanın geniş bir bölgəsində söz sahibi olan qüdrətli bir dövlətdir. Əminliklə söyləmək olar ki, Heydər Əliyev zəkasından güc almış Azərbaycan dövləti möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı dövrdə yeni böyük uğurlara imza atacaqdır.

S.Qafarova təklif edib ki, Milli Qurtuluş Günü münasibəti ilə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlansın:

"Və Azərbaycan dövlətinin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni böyük uğurlar arzulayaq. 

Hörmətli həmkarlar, hörmətli qonaqlar, bayram münasibəti ilə mən sizin hər birinizi təbrik edirəm! Hamınıza möhkəm can sağlığı, firavanlıq və xoşbəxtlik arzulayıram.

Həmçinin burada daim bizi müşahidə edən media nümayəndələrini də mən ürəkdən təbrik edirəm".

Sədr daha sonra bildirib ki, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti iyunun 11-də və 12-də Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində işgüzar səfərdə olub:

"Səfərdə məqsəd Türk Dövlətləri Parlament Assambleyasının Şura iclasında və 14-cü plenar iclasında iştirak etmək idi. Və xatırladım ki, 2024-cü ildə TÜRKPA-ya sədrliyi Azərbaycan Respublikasının Milli Məclisi etmişdir.

İyunun 12-də TÜRKPA-nın Şura iclasında mən Milli Məclisin təşkilata sədrliyi dövründə görülmüş işlərə dair hesabatla çıxış etdim. Ötən dövrdə TÜRKPA-nın fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barəsində geniş məlumat verdim.  

İclasda təşkilati məsələlərə baxıldı və müvafiq qərarlar qəbul olundu, həmçinin təşkilata sədrlik Qazaxıstan Parlamentinə keçdi.

Elə həmin gün Türk Dövlətləri Parlament Assambleyasının 14-cü plenar iclası keçirildi.

İclasda "Türk əsri: parlament diplomatiyasının rolu" mövzusunda müzakirələr aparıldı. Öz çıxışımda mən müasir dövrdə dost və qardaş türk xalqlarının yaxınlaşması, birgə inkişafı və qarşılıqlı əlaqəsi üçün yaranan şəraitdən danışdım. Türk birliyinin güclənməsinə Azərbaycanın verdiyi töhfələri qeyd etdim. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinin bütün türk dünyası üçün tarixi nailiyyət olduğunu vurğuladım.

TÜRKPA çərçivəsində iş birliyinin ölkələrimiz arasında siyasi, ticarət-iqtisadi və mədəni-humanitar əlaqələrin inkişafı üçün parlament diplomatiyasının zəngin potensialından istifadə edilməsinə yol açdığını bildirdim.

Çıxışımda iyirmi birinci əsrin türk xalqları üçün yeni imkanlar əsri olduğunu vurğulayaraq Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin “İyirmi birinci əsr türk dünyasının inkişafı əsri olmalıdır” kəlamını da xatırlatdım.

Onu da deyim ki, iclasın yekununda Astana Bəyannaməsi qəbul olundu.

Qeyd edim ki, hörmətli həmkarlar, Milli Məclisin deputatı Ramil Həsən plenar iclasda TÜRKPA-nın yeni Baş katibi seçildi. Mən hörmətli həmkarımızı təbrik edir, fəaliyyətində ona uğurlar arzulayıram.

TÜRKPA-nın 14-cü plenar iclasından sonra mətbuat konfransı keçirildi. Çıxışımda mən qeyd etdim ki, Azərbaycan Respublikasının Milli Məclisi Parlament Assambleyası çərçivəsində fəaliyyətə çox böyük əhəmiyyət verir.

Qardaş ölkələrin parlamentləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın mahiyyətində Azərbaycan Prezidenti möhtərəm cənab İlham Əliyevin “Bizim ailəmiz türk dünyasıdır. Bizim başqa ailəmiz yoxdur” fikrinin dayandığını bildirdim.

Astana şəhərinə işgüzar səfər çərçivəsində bir sıra görüşlər də keçirildi.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə nümayəndə heyətləri rəhbərlərinin görüşündə türk birliyinin inkişafının parlamentlər səviyyəsində dəstəklənməsi barədə fikir mübadiləsi aparıldı.  

Özbəkistan Ali Məclisi Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilov və Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürkler ilə görüşlərimdə parlamentlərarası əməkdaşlıq məsələləri və qarşılıqlı maraq doğuran digər məsələlər nəzərdən keçirildi".

S.Qafarova hesab edir ki, Qazaxıstan Respublikasına işgüzar səfər uğurlu olub və bununla əlaqədar nümayəndə heyətinin üzvlərinə minnətdarlığını bildirib.

Turan ASLAN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:221
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 İyun 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see328

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see322

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see320

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see292

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see287

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see279

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see263

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see254

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see253

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see237

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see231

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see212

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see200

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see191

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see180

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri