Icma.az
close
up
RU
Prezidentin Astana səfəri: Azərbaycan orta gücü yaradır TƏHLİL

Prezidentin Astana səfəri: Azərbaycan orta gücü yaradır TƏHLİL

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri ikitərəfli münasibətlərlə yanaşı, regional proseslər fonunda xüsusilə əhəmiyyətlidir. Astana səfəri Əliyevin bir aydan az müddətdə gərgin diplomatik trafikinin növbəti mərhələsi kimi qəbul edilə bilər.
- Nyu-York səfəri Azərbaycan liderinin BMT tribunasından tarixi çıxışı və ABŞ-ın siyasi-iqtisadi elitası ilə mühüm görüşləri ilə yadda qaldı;

- Kopenhagendə Avropa elitası Əliyevi qlobal siyasətin mühüm oyunçusu kimi qarşıladı;

- Qəbələdə Əliyev türk dünyasını bir araya toplayaraq, coğrafiyanın gələcəyini müzakirə etdi və yeni hədəflər müəyyənləşdirildi: türk dünyasının vahid güc mərkəzi kimi çıxış etməsi və hərbi əməkdaşlığın gücləndirilməsi;

- Əliyevin Düşənbəyə gedişi MDB, daha dəqiq desək, Rusiya üçün geosiyasi rəqabətdə güclü görünmək xüsusilə vacib idi: Vaşinqtondan Pekinə qədər bütün geosiyasi paytaxtlarda dərin ehtiramla qarşılanan Azərbaycan liderinin qlobal nüfuzu bütün oyunçular üçün cəlbedicidir;

- Qəzzanın gələcəyinin müəyyən edildiyi Şarm əl-Şeyxdə İlham Əliyev beynəlxalq birliyin oyunçularından biri, eyni zamanda, Yaxın Şərqdə sülhün qurulmasında əsas iştirakçı kimi qarşılandı;
Əliyevin qlobal siyasi trafiki fonunda Astana səfəri təkcə Azərbaycan-Qazaxıstan münasibətləri ilə məhdudlaşmır. Bu səfəri bir neçə kontekstdə qiymətləndirmək olar.
Birincisi, geosiyasi rəqabətin kəskinləşdiyi dövrdə Azərbaycan böyük oyunçuların hesablaşdığı orta gücün qurulması istiqamətində strategiya izləyir.
İlham Əliyev Qəbələ Zirvəsində türk dünyasının vahid güc kimi çıxış etməsinin vacibliyini qeyd etmişdi, çünki dünyanın yeni nizamının qurulması uğrunda gedən mübarizədə “sağ qalmağın”, həm də maraqları nəzərə alınan gücə çevrilməyin yolu budur. Azərbaycan və Qazaxıstan türk dünyasının coğrafi olaraq iki dayaq sütunu rolunu oynayır, bu dayaqlardan birinin zəifləməsi, yaxud dərin inteqrasiyadan geri qalması “domino effekti” yarada, vahid güc mərkəzi strategiyasını sual altına sala bilər.
Astana və Bakının qlobal sistemin gələcəyi ilə bağlı gündəliyi də eynidir:

- BMT-də islahatların aparılması şərti ilə mövcud beynəlxalq təhlükləsizlik sisteminin qorunması;
- BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi (Astana Asiya, Afrika və Latın Amerikası regionu, Bakı Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi böyük platformaların TŞ-də təmsilçiliyinin yaradılmasını təklif edir: Azərbaycan və Qazaxıstan TŞ ilə bağlı təkliflərini müəyyən korektlərlə birləşdirə, hər iki ölkənin, eyni zamanda, türk dünyasının maraqları kontekstində irəli sürə bilər);

Bu baxımdan, Prezidentin Astana səfəri türk coğrafiyasında vahid güc mərkəzinin perspektivlərinin gücləndirilməsi və orta gücün qurulması hədəfi fonunda xüsusi əhəmiyyət kəsb edir: Əliyev Qəbələdə təqdim etdiyi strategiyanı praktiki müstəvidə həyata keçirir;
İkincisi, Orta dəhlizin perspektivlərinin gücləndirilməsi – Avrasiyanın nəqliyyat şəbəkəsində möhkəmlənmək;
Bakı və Astana Orta dəhlizin iki əsas habını - Qazaxıstan Mərkəzi Asiyada, Azərbaycan Cənubi Qafqazda -, təşkil edir. Orta dəhliz marşrutunda orta gücün qurulmasının iqtisadi perspektivlərində nəqliyyat şəbəkəsinin inkişafı ən vacib istiqamətdir. Əliyevin Qazaxıstan səfərində bu istiqamət üzrə siyasətin davam etdirilməsi - Orta dəhlizin dayanıqlılığını gücləndirmək və Avrasiyanın nəqliyyat şəbəkəsində yerini saxlamaq əsas gündəm mövzularından biri kimi qəbul edilə bilər.
Azərbaycan liderinin Qazaxıstan səfərində zaman baxımından əsas diqqətçəkən məqam isə Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşmanın (Vaşinqton sənədləri) əldə edilməsidir. Dəhliz anlaşması türk dünyasında coğrafi parçalanmanı aradan qaldırmaq perspektivini gücləndirir və bu, möhkəm siyasi və iqtisadi təməllərə malik vahid gücün qurulmasına imkan yaradır. Coğrafi parçalanmanın aradan qalxması perspektivləri fonunda türk dünyasının yeni hədəflərinin müəyyən edildiyi Qəbələ Zirvəsindən sonra Azərbaycan lideri bu strategiyanı tətbiq edir.
Bütün bunların fonunda Əliyevlə Tokayevin gündəmində üç əsas məsələ də var.
1. Xəzərin üzləşdiyi ekoloji fəlakətin aradan qaldırılması;

2. Ermənistanla sülh danışıqlarında Astana platformasının perspektivləri (İlham Əliyevdən sonra Nikol Paşinyanın da Qazaxıstana səfəri gözlənilir);

3. AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq: Rusiya Azərbaycanın tələblərini qəbul etsə də, Putin Düşənbədə istintaq prosesini izləyəcəklərini dilə gətirdi; bu, Moskvanın Bakı ilə razılaşsa belə, “arqumentləri”ni gücləndirmək üçün prosesə müdaxilə risklərini yaradır, daha öncə analoji hal baş verib; Azərbaycan Qazaxıstanla istintaq prosesinin üzərindən bir daha keçmək və “saatları yoxlamaq” niyyətindədir.

Asif Nərimanlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:348
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Oktyabr 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri