Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

Spiker: İƏT Azərbaycanı dəstəkləyən 100 dən artıq sənəd qəbul edib

Spiker: İƏT Azərbaycanı dəstəkləyən 100 dən artıq sənəd qəbul edib

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan parlamenti İƏTPİ-nin sədrliyini öz üzərinə götürərək, İttifaqın prinsiplərinin, məqsədlərinin və ortaq dəyərlərinin inkişaf etdirilməsinə tam sədaqətlə yanaşır.

Ölkə.az xəbər verir ki, bunu  Milli Məclisin sədri Sahibə Qafarova iyunun 24-də Bakıda İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı (İƏTPİ) Konfransının 20-ci sessiyasının açılış mərasimində çıxışında deyib.

Spiker  diqqətə çatdırıb ki, Milli Məclisin İƏTPİ-yə sədrliyi Azərbaycanın İslam dünyası ilə həmrəyliyin və sıx əlaqələrin möhkəmləndirilməsinə olan sadiqliyini əks etdirir. “Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, müsəlman ölkələri ilə həm ikitərəfli, həm də ortaq təşkilatlarımız çərçivəsində münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir”, - o vurğulayıb.

Spiker qeyd  edib ki, İƏT və onun üzv dövlətləri ərazilərimizin işğalı dövründə, eləcə də münaqişədən sonrakı dövrdə Azərbaycanla həmrəyliklərini həmişə ifadə ediblər. Son 30 ildə İƏT və İƏTPİ tərəfindən erməni təcavüzünü qınayan, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən 100-dən artıq qərar və qətnamə qəbul edilib.

Azərbaycanın haqlı mövqeyinə daimi dəstəklərinə görə üzv ölkələrə və parlamentlərə minnətdarlığını bildirən Milli Məclisin sədri deyib ki, İslam həmrəyliyi prinsiplərini yüksək qiymətləndirən ölkəmiz onun təşviqində və daha da möhkəmləndirilməsində fəal iştirak edir. Azərbaycan İƏT Gənclər Forumunun və İƏT Əmək Mərkəzinin yaradılması kimi müxtəlif təşəbbüslər irəli sürüb və dəfələrlə müxtəlif tədbirlər üçün ev sahibi ölkə kimi seçilib.
Milli Məcliz sədri əlavə edib ki ki, Azərbaycan İslam mədəniyyətini təşviq edən və İslamın sülh və mərhəmət dini kimi həqiqi mahiyyətini nümayiş etdirən çoxsaylı tədbirlər təşkil edib və təşəbbüslər irəli sürüb.

Azərbaycanın beynəlxalq hüquqa və müvafiq BMT qətnamələrinə uyğun olaraq, Əl-Qüds Əş-Şərifin Fələstin Dövlətinin paytaxtı olmaqla, İsrail-Fələstin münaqişəsinin həlli üçün iki dövlət həllini qəti şəkildə dəstəklədiyini deyən Sahibə Qafarova vurğulayıb ki, bu mövqe ölkəmizin BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı da daxil olmaqla, beynəlxalq təşkilatlardaki fəaliyyətində də öz əksini tapır.

Qeyd olunub ki, eyni mövqe Azərbaycan parlamenti tərəfindən də həyata keçirilir. Milli Məclisin 2024-2026-cı illərdə Asiya Parlament Assambleyasına 2 illik sədrliyi, eləcə də Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə davam edən sədrliyi dövründə Fələstin məsələsi həmişə gündəlikdə qalıb və yekun bəyannamələrdə və qərarlarda lazımi qaydada əks olunub.
Son illər ərzində ölkəmiz Fələstin xalqının humanitar ehtiyaclarını qarşılamaq üçün dəfələrlə humanitar və maliyyə yardımı göstərib və bu dəstəyini davam etdirəcək.

Milli Məclisin sədri bildirib ki, zəngin tarixinə və mədəni irsinə, böyük təbii və insan resurslarına baxmayaraq, bu gün İslam dünyası hələ də həllini gözləyən ciddi çətinliklərlə üzləşir. Yoxsulluq, sosial və iqtisadi bərabərsizliklər, silahlı münaqişələr, humanitar böhranlar, terrorizm və ekstremizm davamlı inkişaf səylərinə ağır şəkildə təsir edir və onları məhdudlaşdırır. Bu çətinlikləri aradan qaldırmaq və potensialını tam həyata keçirmək üçün İslam dünyasının sülh, tolerantlıq, harmoniya və ədalət kimi əbədi İslam dəyərlərinə uyğun olaraq birlik və həmrəyliyə ehtiyac duyduğunu bildirən spiker Sahibə Qafarovanın sözlərinə görə, getdikcə daha mürəkkəb və qarşılıqlı əlaqəli olan bir dünyada müsəlman ölkələri üçün birgə fəaliyyət göstərmək, bir-birinə dəstək olmaq və ortaq məqsədlər uğrunda çalışmaq heç vaxt bu qədər vacib olmayıb.

O qeyd  edib ki, parlamentlər bütün bu məsələlərin həllində mühüm rol oynamalıdırlar. 
Milli Məclisin sədri vurğulayıb ki, İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı həmrəyliyin möhkəmləndirilməsi üçün mühüm və effektiv bir çətir halına gəlib və əməkdaşlığın, birgə fəaliyyətlərin və ortaq məsələlər üzrə qəti mövqeyimizin inkişafı üçün vacib bir platformadır. Parlament diplomatiyası, dialoq və təcrübə mübadiləsi vasitəsilə cəmiyyətlərimizin üzləşdiyi çətinliklərin həllinə töhfə verə və xalqlarımızın rifahının artırılmasına nail ola bilərik.
Milli Məclisin sədri qeyd edib ki, davamlı və inklüziv iqtisadi inkişaf ölkələrimiz üçün ortaq məqsəddir. Bu məqsədə nail olmaq parlament əlaqələri vasitəsi də daxil olmaqla, bütün səviyyələrdə əlaqələndirilmiş səylər və əməkdaşlığa sadiqlik tələb edir. Onun sözlərinə görə, təşkilata üzv ölkələrin parlamentləri ticarət və investisiyalar qarşısındakı maneələrin aradan qaldırılmasına kömək etmək, gömrük əməkdaşlığını genişləndirmək və mövcud İƏT ticarət və iqtisadi əməkdaşlıq mexanizmlərinin effektiv tətbiqini təşviq etmək üzərində birgə işləyə bilərlər.
Spiker bildirib ki, qarşılıqlı əməkdaşlıq vasitəsilə, həmçinin regional əlaqələri möhkəmləndirən, ticarəti asanlaşdıran və İƏT-ə üzv dövlətlər arasında davamlı iqtisadi inteqrasiyaya töhfə verən təhlükəsiz, dayanıqlı nəqliyyat, tranzit və logistika dəhlizlərinin inkişafını da dəstəkləyə bilərik.
Bundan əlavə, Milli Məclisin sədri qeyd edib ki, enerji təhlükəsizliyi, bərpa olunan enerji sahələrində əməkdaşlığın təşviqi də məqsədlərimizə nail olmağa töhfə verəcək.

O, çıxışına yekun vuraraq, diqqətə çatdırıb ki, İƏT üzvü olan dövlətlərin Parlament İttifaqı parlamentlərimiz arasında ünsiyyət, əlaqələndirmə və əməkdaşlıq üçün mühüm institusional çərçivə təmin edir. Azərbaycan Respublikasının Milli Məclisi İƏTPİ-nin sədrliyini öz üzərinə götürərkən, İttifaqın rolunu möhkəmləndirmək və ortaq prioritetləri inkişaf etdirmək üçün bütün üzv parlamentlərlə sıx əməkdaşlıq etməyə hazırdır.

 Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 İyun 2026 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri