Sponsordan bölgə təmsilçisinə bəd xəbər Klub fəaliyyətini dayandıra bilər
Icma.az, Idmanxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Region Liqasında mübarizə aparan “Göyəzən” ciddi problemlə üz-üzə qalıb. Belə ki, klubun 20 illik sponsoru olan “Turan Bank” komandaya dəstəyini dayandırıb.
Sponsorun gözlənilməz qərarı Qazax təmsilçisini çıxılmaz vəziyyətə salıb. Klubun idarə heyəti hazırda nə edəcəyini bilmir və vəziyyətdən çıxış yolu axtarır.
Məlumata görə, klub rəhbərliyi AFFA, Qazax Rayon İcra Hakimiyyəti və ya imkanlı şəxslərin “Göyəzən”ə sahib çıxacağına ümid edir. Əks halda, maddi imkanların olmaması səbəbindən klub fəaliyyətini dayandıra bilər.
Qısacası, bölgə klubunun gələcəyi sual altındadır və yaxın günlərdə məsələnin necə həll olunacağı bəlli deyil.
Fərid Nəsibov / İdmanxeber.az

İranlı sponsordan Azərbaycan mediasına HƏDƏ
06 Yanvar 2025 17:15
Sərxan Hacıyev yeni sponsordan danışdı
21 Fevral 2025 17:22
Qarabağ ın rəqibi olmuş klub peşəkar fəaliyyətini dayandıra bilər
03 İyun 2025 10:36
“Kəpəz” rəsmisi yeni sponsordan danışdı: “Bütün istəkləri yerinə yetirilir”
13 Fevral 2025 14:57
TikTok ABŞ da fəaliyyətini dayandıra bilər
18 Yanvar 2025 10:30

