Spotify süni intellektlə işləyən yeni funksiyasını işə salıb
Icma.az, Banco.az saytına istinadən bildirir.
Müəllif:Mehin Qasımova,Banco.az
"Spotify" süni intellektlə işləyən funksiyasını yeni bazarlarda istifadəyə verməyə başlayıb.
Banco.az xəbər verir ki, şirkət bildirib ki, alət artıq Böyük Britaniya, İrlandiya, Avstraliya və İsveçdə Premium istifadəçilər üçün əlçatan olacaq.
Yeni funksiya istifadəçilərə mahnı və ya ifaçı axtarmaq əvəzinə dinləmək istədikləri əhval-ruhiyyəni, vəziyyəti və ya ilhamı yazmaq imkanı verir. Sorğu daxil edildikdən sonra platformanın süni intellekt sistemi həmin təsvirə uyğun fərdi pleylist hazırlayır.
"Spotify" bu funksiyanı ilk dəfə Yeni Zelandiyada sınaqdan keçirib. Daha sonra xidmət ABŞ və Kanadada da istifadəyə verilib.
Şirkətin məlumatına görə, sistem istifadəçinin dinləmə tarixçəsini analiz edir, mövcud musiqi kataloqunu və mədəni trendləri nəzərə alaraq uyğun mahnıları seçir. Hazırlanan pleylistdə yer alan hər bir mahnı üçün isə onun niyə əlavə edildiyini izah edən qısa açıqlama təqdim olunur.
"Spotify" hesab edir ki, bu yenilik istifadəçilərə musiqi kəşf etmə prosesini daha fərdi və rahat şəkildə həyata keçirməyə imkan verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 24 Fevral 2026 09:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















