Icma.az
close
up
RU
“Sputnik”in Azərbaycanda fəaliyyəti kəşfiyyat xarakteri daşıyır AÇIQLAMA

“Sputnik”in Azərbaycanda fəaliyyəti kəşfiyyat xarakteri daşıyır AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

““Sputnik”in Azərbaycandakı fəaliyyəti ictimaiyyət tərəfindən hər zaman ciddi suallar doğurub. Bizim müxtəlif media orqanlarında bu haqda çox ciddi faktlara əsaslanan yazılar dərc olunub. Təəssüf ki, 2015-ci ildə “Sputnik”in fəaliyytinə geniş imkanlar yaradılıb və onlar da yaradılan imkanlardan Azərbaycan əleyhinə gen-bol istifadə ediblər”.
Bu sözləri Demokrat.az-a açıqlamasında "Cümhuriyyət" qəzeti və "Cebhe.info" xəbər portalının rəhbəri, siyasi şərhçi Rəfail Becanov deyib. 
O bildirib ki, Simonyanın baş redaktor olduğu bu şəbəkənin milli maraqlarımızın əleyhinə fəaliyyət göstərməsi haqqında onlarla fakt söyləmək olar:
"Amma ən maraqlı nüanslardan biri budur ki, burada bir oturuşmuş struktur mövcuddur. Nümayəndəlik, təmsilçilik, müxbir postu yox, oturuşmuş bir srtuktur, redaksiya mövcuddur. Hər hansı ölkənin, o cümlədən Rusiyanın bir media quruluşu Azərbaycanda struktur olaraq niyə fəaliyyət göstərməlidir? 
Azərbaycanın Rusiyada belə strukttura sahib olan hər hansı informasiya orqanı yoxdur. Nümayəndəlik səviyyəsində fəaliyyətlə redaksiya tipli fəaliyyət başqa-başqa anlamdadır. Ona görə də “Sputnik”in fəaliyyətinin dayandırılması vacib məsələdir".

Rəfail Becanov qeyd edib ki, “Sputnik”in Azərbaycanda fəaliyyəti informsiya resursundan çox kəşfiyyat  və təbliğat xarakterli olmaqla, milli maraqlarımızla uzlaşmayan fəaliyətdir:
“Hər kəs orada hələ 2019-cu ildə şef-redaktor vəzifəsində çalışan Mətin Yaşaroğlundan nələrin tələb olunduğunu xatırlayır. Başlıca tələb Qarabağ məsələsilə bağlı Azərbaycanın mövqeyinə uyğun yazıların dərc olunmaması idi. Məhz, buna görə o, istefa verdi. 
Yaxud “Sputnik-Azərbaycan”ın rus dili versiyasının redaktorları olan Zülfiyə Qurbanova, Cəmilə Əfəndiyeva, Yelena Starostina və Gülzar Mustafayevanın niyə istefa verdiyi də uzaq tarix deyil. Onlardan da Azərbaycan Müdafiə Nazirliyinin “Qisas” əməliyyatı ilə bağlı rəsmi mövqeyini təkzib edən Rusiya Müdafiə Nazirliyinin bəyanatını vermək tələb olunurdu. Bunlar adi faktlar deyil, “Sputnik”in fəaliyyətinin məqsədləridir. 
Bütün bunlar göstərir ki, “Sputnik”in fəaliyyəti media quruluşu fəaliyyətindən çox başqa məqsdələrə xidmət edib. "Sputnik" Rusiyada erməniləri Kremlə bağlayan bir bağdır. Ona görə də onun Azərbaycanda fəlaiyyətinə yol verilə bilməz və hesab edirəm ki, bununla bağlı ölçü götürülməli, faəliyyəti dayandrılmalıdır. Çünki bu agentlik indi də eyni məqsədlərə xidmət edir. İstər 44 günlük müharibə zamanı, istərsə AZAL-a məsxus təyyarənin Qroznı səmasında vurulması zamanı hansı mövqe tutması ilə bağlı faktlar ortadadır”.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Fevral 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see229

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see227

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see224

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see219

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see212

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see205

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see203

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see180

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see168

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see164

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see154

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see147

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see143

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see136

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see135

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see132

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see128

Keçmiş NASCAR pilotu Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub

19 Dekabr 2025 00:33see127

Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı

19 Dekabr 2025 02:21see126

Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib...

18 Dekabr 2025 21:56see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri