Qocaman ingiltərəli futbol azarkeşi nəvələri üçün həyətində mini tribuna qurdu VİDEO
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İngiltərənin Barnoldsvik şəhərindən olan 65 yaşlı azarkeş Yan Natter sevdiyi komandanın oyunlarını izləmək üçün maraqlı addım atıb.
İdman.Biz xəbər verir ki, azarkeşin maraqlı addımı sosial şəbəkələrdə ictimailəşib.
O, stadionun yaxınlığında yerləşən evinin həyətində altı nəfərlik tribunalı 5 min funt sterlinq xərcləyərək(təxminən 11 min manat) inşa etdirib.
Natterin əsas məqsədi nəvələrinin futbol matçlarını rahat və təhlükəsiz şəkildə izləməsinə şərait yaratmaq olub.
Hazırda Barnoldswick Town İngiltərə futbolunun gücünə görə 9-cu divizionunda mübarizə aparır.
Azarkeş bu qərarı nəvələrinin tez-tez hasardan aşaraq oyunlara baxmağa çalışdığını gördükdən sonra verib.
İndi isə onun altı nəvəsi evlərinin həyətindən sevimli komandalarının matçlarını tribunadan izləyə bilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 20 Dekabr 2025 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















