Icma.az
close
up
RU
“SSRİ miqyasında imperiyanın bərpası üçün Rusiyanın nə maddi, nə də hərbu gücü var...”

“SSRİ miqyasında imperiyanın bərpası üçün Rusiyanın nə maddi, nə də hərbu gücü var...”

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Sadəcə bəzi çox zəif, imkansız ölkələr Rusiyadan müəyyən dotasiyalar almağa cəhd göstərirlər. Bunlar da ötəri bir haldır. Hətta həmin zəif ölkələrin də heç biri artıq Moskvaya sarı geri dönəsi deyil...”

Azərbaycan Prezidenti 2025-ci ili Konstitusiya və Suverenlik ili, Rusiyanın bir sıra təbliğatçıları o cümlədən Rusiya Dövlət Dumasının deputatı Anatoli Vasserman isə “yeni SSRİ-nin doğum ili” elan edirlər. Görəsən, Putinin Ukraynada hərbi uğurlarının yetərincə olacağı və Kiyevdə özünə sadiq hakimiyyətin qurulmasına nail olacağı tədqirdə o, doğrudan da SSRİ sərhədlərinə yaxın bir ərazidə yeni bir imperiyanın rəsmən bərpasına cəhd göstərə bilərmi? Bəlkə heç 1991-ci ildən bəri SSRİ rəsmən dağılsa da, ərazilərində avtoritar rejimlər, korrupsiya, məmur özbaşınalığı, xalqın səfalətli həyatı  və s. hökm sürən, eləcə də bir sıra idarəçilik əmrlərini hələ də Moskvadan alan Türkmənistan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Belarus, Gürcüstan  kimi keçmiş müttəfiq respublikalarda SSRİ mahiyyətcə dağılmayıb və Putin həm də bu amilə güvənir?..  

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı bunları söyləyib:

“SSRİ-nin bərpa edilməsindən heç bir söhbət gedə bilməz. Bir dəfə bolşeviklər Rusiya imperiyasının tamamilə dağılması ərəfəsində onu “Sovet İttifaqı” adı altında bərpa etdilər. Bu, onların sonuncu cəhdləri idi. Az sonra Azərbaycan və o vaxtkı digər müttəfiq respublikalardan Moskvanın siyasətinə qarşı səslər eşidilməyə başlandı. Azərbaycan siyasətçiləri arasında sonradan Rusiyanın Azərbaycana qarşı imperialist siyasətinə etiraz etdiyinə, aldadıqlarını bolşevik rəhbərlərinin üzünə söylədiyinə görə Nəriman Nərimanov kimi fiqurlar da aradan götürüldü. Yəni 70 il ərzində bax, belə sui-qəsdlər, repressiyalar  və s. gücünə, milis, hərb gücünə SSRİ cildli imperiyanı qoruyub saxlamağa çalışdılar. Ancaq sonda saxlaya bilmədilər və 1991-ci ildə Sovet İttifaqı çökdü...

Bu imperiya 3 qatdan ibarət idi. Üst qatı “sosialist” düşərgəsi deyilən Şərqi Avropa, Amerikada Kuba, Asiya və Afrikada bəzi guya sosialist yönümlü ölkələr təşkil edirdi. Və bu qat birmənalı şəkildə dağıldı, onların geri qayıtmaq şansları yoxdur. İkinci təbəqə keçmiş müttəfiq respublikalardan ibarət idi ki, onların da bir hissəsi artıq birmənalı şəkildə Moskvadan uzaqlaşıbdır. Yəni, məsələn, Baltikyanı respublikaların artıq geri - Rusiyanın tabeliyinə qayıtması qeyri-mümkündür.  Moskvadan tam şəkildə qopma prosesi işğala qarşı mübarizə aparan Ukraynada da gedir, Moldovada da gedir. Azərbaycan isə birmənalı şəkildə hansısa bir ittifaqın qurulmasının qəti əleyhinədir, ikitərəfli münasibətlərin tərəfdarıdır...

Bu və digər səbəblərdən kimlərinsə istəməsindən asılı olmayaraq SSRİ-nin bərpası mümkün deyil.  Bu haqda “proqnoz” verən Vasserman  Duma deputatı olmaqla yanaşı, müxtəli ictimai-siyasi çou proqramlarında, o cümlədən “Çto? Qde? Koqda?” verilişində də iştirak edir. Yəni Rusiyada bir erudisiyalı adam kimi tanınır. İndi kiminsə sifarişi ilə SSRİ-nin “ yenidən doğulması” haqda danışıb. Amma ortada reallıq yoxdur axı... 

İmperiyanı yaradan dövlətin ilk növbədə çox güclü maliyyə və hərbi gücü olmalıdır.  Bu gün  keçmiş Sovet imperiyasının üçüncü – özək qatı olan Rusiya deyilən bir dövlətin nə o qədər maliyyə, nə də hərbu gücü yoxdur ki, postsovet respublikalarını yenidən öz təsir dairəsinə qaytarsın və saxlasın...

Azərbaycan prezidenti də Konstitusuya və Suverenlik məsələsini  təsadüfən qabartmayıb. Yəni xarici təhlükələrin ola bilməsi səbəbindən Konstitusiyamızın və suverenliyimizin  möhkəmləndirilməsi istiqamətində addımlar atılmalıdır. 2023-cü ildə bu istiqamətdə əsas addım atıldı- Azərbaycanı suverenliyi bütün ərazilərdə, o cümlədən Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və s. bölgələrimizdə də bərpa olundu. Prezident həmin məntəqələrdə təntənəli şəkildə Azərbaycan bayraqlarını qaldırdı. Bu nəticələr 2024-cü ildə daha da möhkəmləndirildi. Ola bilər ki, yenə müəyyən xarici təhdidlər mövcuddur və ölkə rəhbərliyi bunları daha yaxşı bilir. Ona görə də ölkə başçısı Konstitusiya və Suverenlik ili məsələsini önə qoymaqla həmin təhdid və təhlükələrin aradan qaldırılması məqsədini güdür... 

Onu da deyim ki, bəzi postsovet ölkələrində guya SSRİ-nin mahiyyətcə dağılmamasıyla bağlı, əmrlərin Moskvadan gəlməsi ilə bağlı kifayət qədər şişirdilmiş məlumatlar yayılır və bu, yanlış bir yanaşmadır. Demək olar ki, hər bir keçmiş müttəfiq respublika öz dövlət siyasətini müstəqil şəkildə qurubdur. Çünki ortada milli dövlət maraqları var, büdcə maraqlar var. Ona görə də Rusiyanın kobud güc amili olmasını nəzərə almaqla istər Qazaxıstan, istər Özbəkistan, istər Qırğızıstan, istərsə də digər respublikalar, eləcə də Azərbaycan, Gürcüstan və s. öz siyasətlərini öz milli maraqlarına uyğun şəkildə qururlar. Sadəcə bəzi çox zəif, imkansız ölkələr Rusiyadan müəyyən dotasiyalar almağa cəhd göstərirlər. Bunlar da ötəri bir haldır. Hətta həmin zəif ölkələrin də heç biri artıq Moskvaya sarı geri dönəsi deyil. Geriyə dönüş yoxdur artıq. Rusiyanın çətiri altında dövlətlərin birləşməsi mümkünsüzdür. Həm də öncə dediyim kimi, SSRİ miqyasında bir imperiyanın bərpası üçün Rusiyanın maddi və hərbu gücü də yoxdur...”

Sultan Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Yanvar 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see138

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see129

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri