Icma.az
close
up
RU
“SSRİ vaxtı vertolyotdan ağ vərəq tullayırdılar” Vidadi Rzayev “Neftçi”nin dərdinə çarə axtardı

“SSRİ vaxtı vertolyotdan ağ vərəq tullayırdılar” Vidadi Rzayev “Neftçi”nin dərdinə çarə axtardı

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkənin ən yaşlı və titullu klublarından biri “Neftçi” bu mövsüm böyük bir fiasko yaşadı.

Mövsümə böyük ümidlərlə başlayan “ağ-qaralar” nə premyer-liqada, nə də ölkə kubokunda azarkeşlərini sevindirə bildi. “Neftçi” mövsümü 6-cı yerdə başa vurdu ki, bu da son illərdəki ən zəif nəticələrdən biridi. Ölkə kuboku avrokuboklara qatılmaq baxımından bu mövsüm “Neftçi” üçün ən real imkan idi. Amma orda da yarımfinalda dayandılar.
Mövsüm boyunca edilən transferlər də ciddi suallar doğurdu. Yenilərin bir çoxu gözləntiləri doğrultmadı. Baş məşqçi dəyişiklikləri “Neftçi”ni daha da çökdürdü.
Bu nəticələr klubun heyət və maliyyə potensialına nə dərəcədə uyğundu? Bu sualı “ağ-qaralar”ın veteranlarından Vidadi Rzayevə ünvanladıq:

“Klubların maliyyə xərcləri açıqlandı. “Neftçi” üçün fiaskodu. Bu klubda rəhbər dəyişikliyi etmək lazımdı. Məşqçiləri dəyişməklə əmələ gəlmir. Transfer siyasəti düzgün deyil. Hamı səhv edə bilər. Gətirdiyin 10 futbolçunun ikisi uğursuz çıxış edə bilər. Gətirəndə fikirləşmək lazımdı. Transfer siyasəti şəffaf aparılmalıdı. Səhvləri heç kim dzəltmək istəmir. Şişirdilmiş rəqəmlər yazmamalıdılar. Onlar öz xoşbəxtliyini klubun bədbəxtliyində axtarırlar. Komandaya can yandırmaq lazımdı. Flaqmandan əsər-əlamət qalmayıb. Hər dəqiqə oyunçu transfer edirlər. Bəlkə yeni gələn məşqçi onu oynatmayacaq. Klubun transfer siyasəti burdan bəllidi. Bu qədər məşqçi pis ola bilməz. Rəhbərlik düzgün işləmir. Düz çalışmaq üçün də vicdan lazımdı. Necə düzələcəyini bilmirəm. SSRİ vaxtı vertolyotdan ağ vərəq tullayırdılar. Deyirdilər ki, bəs burada nəsə yazılmayıb. Cavabında söyləyirdilər ki, burda nəsə yazmağa ehtiyac var? Hamı hər şeyi bilir. Kiminsə nəsə deməyini gözləyirlər. Pozitiv danışmağa heç nə yoxdu. Avrokuboklarda mübarizə aparacaq klublara uğurlar arzulayıram. Ölkə futbolunun ən yaxşısı “Neftçi” olub. Bu komandanın Avropa arenasından kənarda qalması futbol ictimaiyyətini üzür. Deməli, işlər düz getmir. Belə maliyyənin qarşısında 6-cı yeri tuturlar. “Neftçi” bizim çempionata uyğun olan futbolçular seçməyi bacarmır”.

ƏSƏD SEYİDOV
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 İyun 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see371

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see260

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see223

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see202

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see189

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see183

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see174

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see164

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see161

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see160

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see159

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see154

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see149

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see148

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see148

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see148

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see146

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see146

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see144

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri