Icma.az
close
up
RU
“Stadiona gələndə hətta bu oyunu keçirə biləcəyimizi belə bilmirdik“

“Stadiona gələndə hətta bu oyunu keçirə biləcəyimizi belə bilmirdik“

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Misli Premyer Liqasının III turu çərçivəsində səfərdə "Araz-Naxçıvan"ın qonağı olan "Sabah" 1:0 hesablı qələbə qazanıb. Sport24.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas matç haqda fikirlərini bildirib:

"Bu gün bizi necə bir oyunun gözlədiyini bilirdik, çünki avrokubok matçından sonra bu qədər vacib qarşılaşma, bu qədər emosiya və əlavə vaxtdan sonra asan olmayacağını anlayırdıq. Üstəlik, oyundan əvvəl yağan çox güclü yağış da matça təsir etdi. Stadiona gələndə hətta bu oyunu keçirə biləcəyimizi belə bilmirdik, çünki həddindən artıq yağış yağmışdı. Amma ümumilikdə, komandanın çıxışından və sərgilədiyimiz oyundan çox razı qaldım. Hesab edirəm ki, birinci hissənin tamamında və ikinci hissənin böyük hissəsində üstünlük bizdə idi. Ardıcıl olaraq təhlükəli məqamlar yaradırdıq. Bəli, bəlkə hücumlarımızın son mərhələsində, xüsusən rəqibin cərimə meydançasında bir az kəsərlilik çatışmırdı. Lakin ümumilikdə daha yaxşı oynayan tərəf idik və bu qələbəyə layiq idik. Bəli, qol qapıçının səhvindən sonra bir az qəribə alındı, amma qol qoldur. Əgər qapını toxunulmaz saxlayıb qol vura bilirsinizsə, həmişə qalib gələcəksiniz. Oyunun sonlarında, xüsusən bu gün olduğu kimi 1:0 kimi kiçik üstünlüyünüz olduqda, rəqib nəsə etməyə çalışır və biz bir neçə səhvimizə görə cəzalandırıla bilərdik. Bəxtimizdən bu gün qapıçımız əla formada idi və rəqibin iki təhlükəli zərbəsini dəf etdi. Amma yenə də inanıram ki, sərgilədiyimiz oyunla bu qələbəyə tam layiq idik. İndi ən vacibi yenidən Bakıya qayıdıb, növbəti oyuna hazırlaşmaqdır.

Etməli olduğumuz şey yalnız növbəti oyuna fokuslanmaqdır. Şadam ki, bu gün yenə 3-4 mövqedə rotasiya etdik. Mövsümün əvvəlində çox şans qazanmayan oyunçulara bir az daha çox dəqiqə verdik. Deməli, hər şey plana uyğun getdi və indi irəli baxmaq, növbəti oyuna hazırlaşmaq vaxtıdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://sport24.az
archiveBu xəbər 31 Avqust 2026 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see360

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see340

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see333

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see282

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see278

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see252

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see243

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see240

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see235

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see225

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see218

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see210

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see209

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see207

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see206

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see204

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri