Klub reperi stadiona buraxmadı
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
“Tottenhem” amerikalı repçi Kanye Uestin stadionda çıxışına qadağa qoyub.
Modern.az xəbər verir ki, “Daily Mail” nəşrinin məlumatına görə, London klubu bu qərarı sənətçinin yəhudi icmasını tənqid etməsindən sonra qəbul edib. “Tottenhem Hotspur” stadionunda keçiriləcək “Wireless” festivalında çıxış etməsi planlaşdırılan Uestin proqramı da ləğv olunub. Qərarda klubun yəhudi icması ilə sıx əlaqələrinin də rol oynadığı bildirilir. Daha əvvəl “Pepsi” və “Guinness” kimi şirkətlər də oxşar səbəbdən sənətçi ilə əməkdaşlığı dayandırmışdı. Hazırda bəzi britaniyalı siyasətçilər Kanye Uestin ölkəyə girişinə qadağa qoyulmasını tələb edirlər.
Qeyd edək ki, repçi daha əvvəl də qalmaqallı və tənqid olunan açıqlamaları ilə gündəmə gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:190
Bu xəbər 07 Aprel 2026 04:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















