Icma.az
close
up
RU
STAR NEZ 13 milyon ton zirvəsində

STAR NEZ 13 milyon ton zirvəsində

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədə yerləşən STAR Neft Emalı Zavodu xam neftin emalını və neft-kimya sənayesinin inteqrasiyasını təmin edir. Dünyanın ən rəqəmsal neft emalı müəssisəsində hazırda ən yeni texnologiyalar əsasında dizel, nafta, reaktiv yanacaq, qarışıq ksilol, neft koksu və mayeləşdirilmiş neft qazı kimi məhsullar istehsal edilir. Türkiyə iqtisadiyyatının real sektorunda ən böyük investisiya hesabına ərsəyə gətirilən müəssisənin istehsal göstəriciləri getdikcə yaxşılaşır.

Türkiyənin Enerji Bazarlarını Tənzimləmə İdarəsinin məlumatına görə, 2025-ci ilin iyun ayında STAR NEZ 891 min 976 ton xam neft idxal edib. Bu isə əvvəlki ilin eyni ayı ilə müqayisədə 29 min 623 ton və ya 3,4 faiz artım deməkdir. Bununla yanaşı, hesabat ayında zavodda təqribən 28 min 529 ton mayeləşdirilmiş neft qazı istehsal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20 min 247 ton və ya 3,4 dəfə çoxdur.

Cari ilin yanvar-iyun aylarında zavodda 3 milyon 345 min 694 tondan çox dizel yanacağı istehsal edilib. Bu da ötən ilin eyni dövrünə nisbətən 217 min 984 ton və ya 6,97 faiz çoxdur. Hesabat dövründə müəssisədə reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsalı 838 min 224 tona çatıb. Bu göstərici isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 296 min 936 ton və ya 54,8 faiz artıqdır.

İyun ayında zavodda 58 min 583 ton neft koksu istehsal edilib. Bu da illik müqayisədə 8 min 102 ton və ya 12,1 faiz artım deməkdir. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin iyun ayında burada neft koksunun istehsalı 66 min 685 ton təşkil edib.

Qeyd edək ki, STAR NEZ 2018-ci il oktyabrın 19-da istifadəyə verilib. Həmin ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Müəssisənin emal gücü ötən il 10 milyon ton həcmində müəyyənləşdirilsə də, sonradan istehsal prosesinin genişləndirilməsi ilə əlaqədar bu həcm 13 milyon tona çatdırılıb.

STAR NEZ 2023-cü ildə Türkiyənin emal olunmuş neft məhsullarına ehtiyacının, təxminən, 18 faizini ödəyib. Zavodun illik nafta istehsalı isə, demək olar ki, Petkim neft-kimya kompleksinin xammal tələbatını tam şəkildə qarşılayır. Hazırda müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Avqust 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri