“Starlink”in Azərbaycandakı qiymətləri TƏƏCCÜBLƏNDİRDİ: “Gürcüstan və Ermənistanla müqayisədə…” KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
“Starlink” peyk internetinin artıq Azərbaycan üçün aktiv edilməsi yaxşı xəbərdir. Məni pozitiv mənada təəccübləndirən məsələ həm də qiymətlər oldu. Ən azından Gürcüstan və Ermənistanla müqayisədə bizdə qiymətlər ucuzdur”.
KONKRET.az xəbər verir ki, bu fikirləri tanınmış iqtisadçı Natiq Cəfərli səsləndirib.
Natiq Cəfərli
“Azərbaycanlı istifadəçilər “Starlink” xidmətindən yararlanmaq üçün “Starlink Mini Kit” və ya “Starlink Standard Kit” cihazlarından birini əldə etməlidirlər. Cihazların qiyməti müvafiq olaraq 340 və 670, çatdırılması isə 50 manatdır. Xidmətin aylıq abunə haqqı isə 100 manat müəyyən edilib. Gürcüstanda avadanlıq 1780 lari (1094 manat), çatdırılma 235 lari (145 manat), aylıq abunə haqqı isə 160 laridir (98 manat). Ermənistanda isə cihazın özü və çatdırılması 499 dollar (848 manat), aylıq abunə haqqı 99 dollar (168 manat) civarındadır”.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 29 Mart 2025 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















