Starmer: BMT dəki səsvermə Britaniya ABŞ parçalanmasına işarə deyil
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
BMT-də Ukrayna münaqişəsi ilə bağlı qətnamə layihələri üzrə keçirilən səsvermə Böyük Britaniya və ABŞ arasında parçalanmaya işarə etmir.
Teleqraf xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Key Starmer Dauninq-stritdə keçirdiyi mətbuat konfransında deyib.
"Ötən səsvermədəki kimi biz dəfələrlə səs vermişik. Böyük Britaniya hökuməti Ukrayna ilə bağlı mövqeyini açıq şəkildə ifadə edib. Mən dəfələrlə demişəm ki, bizim Ukraynaya dəstəyimiz sarsılmazdır. Biz Ukraynanı lazım olduğu qədər dəstəkləyəcəyik, çünki onun suverenliyi təhlükə altındadır", - o bildirib.
Starmer fevralın 27-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşdə ölkələr arasında əlaqələrin gücləndirilməsi yollarını müzakirə edəcəyini bildirib.
"Bizim yaxşı, müsbət münasibətlərimiz var. Ölkələrimiz arasında güclü əlaqələr var", - deyə baş nazir vurğulayıb.
Qeyd edək ki, BMT-də Ukrayna ilə bağlı keçirilən səsvermədə ABŞ Rusiyaya qarşı qətnamə layihəsinin əleyhinə səs vermişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 26 Fevral 2025 05:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















