Icma.az
close
up
RU
STEAM dərsləri şagirdlərin yaradıcı və tənqidi düşüncəsində mühüm rol oynayır MÜSAHİBƏ

STEAM dərsləri şagirdlərin yaradıcı və tənqidi düşüncəsində mühüm rol oynayır MÜSAHİBƏ

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 29 aprel, AZƏRTAC

Müasir təhsil prosesində innovativ metodların tətbiqi prioritet istiqamətlərdəndir. STEAM modeli şagirdlərin fənlərarası biliklərinin möhkəmlənməsi və yaradıcı düşüncə bacarıqlarının formalaşmasında mühüm rol oynayır. Bu istiqamətdə görülən işlərlə bağlı 20 nömrəli məktəb-liseyin STEAM tədrisi üzrə rəhbəri Çinarə Kazımova AZƏRTAC-a müsahibəsində məktəbdə həyata keçirilən tədbirlər barədə məlumat verib. Müsahibəni təqdim edirik.

-Çinarə xanım, STEAM təhsil modelinin məktəbinizdə tətbiqində əsas məqsəd nədir?

- Əvvəlcə onu qeyd etmək istərdim ki, STEAM sözü - science (elm), technology (texnologiya), engineering (mühəndislik), art (incəsənət), mathematics (riyaziyyat) sahələrini birləşdirməklə təhsilə innovativ yanaşmadır. Bu yanaşma şagirdlərin kreativ düşünmə, problem həlletmə, əməkdaşlıq və praktik bacarıqlarını inkişaf etdirməyə yönələn bir fəaliyyətdir. STEAM layihəsinin məqsədi şagirdlərin fənlərarası əlaqəsini gücləndirmək, onların real həyatda qarşılaşdıqları problemləri araşdıraraq öyrənmələrini təmin etmək, yaradıcı və tənqidi düşünmələrinə şərait yaratmaqdır. XI əsrin bacarıqlarını 4K (kreativlik, əməkdaşlıq, ünsiyyət, tənqidi düşüncə) kimi inkişaf etdirməkdə və şagirdlərin müasir texnologiyaların tədrisə inteqrasiyasını təşkil etməkdə kömək edir.

- Şagirdlərin STEAM sahəsində marağını necə müşahidə edirsiniz?

- Şagirdlər bu dərslərə gəldikləri zaman həvəslə çalışırlar və real həyatda qarşılaşdıqları problemləri həll edə bilirlər. Bununla yanaşı, şagirdlərə sualların cavabı avtomatik deyilmir, onlar suallara cavabı araşdıraraq öyrənirlər. İnternet, kitablar və yaxud digər məlumat mənbələrindən tez-tez istifadə edirlər. İlk olaraq şagirdlərin bu sahələrdə nəzəri bilikləri artırılır, daha sonra isə onlar praktikada bu bilikləri tətbiq edirlər.

- STEAM təhsilini daha geniş miqyasda tətbiq etmək üçün hansı planlarınız var?

- Bu sahəyə şagirdlərin marağını daha da cəlb etmək, onlara proqramlaşdırmanın incəliklərini öyrətmək üçün onları düzgün istiqamətləndiririk. Bu tədbirlərin indidən həyata keçirilməsi şagirdlərin gələcəkdə tələbə həyatına addım atdıqları zaman bünövrə rolunu oynayacaq. Şagirdlərimiz bu sahədə əsas bilik bazasını məktəbdən əldə etsələr, Azərbaycanı digər ölkələrdə də uğurla təmsil edə bilərlər. Bu addım məktəbimizin şagirdlərinin gələcəyi üçün mühüm bir şansdır.

- Bu modelin tətbiqi nəticəsində müşahidə etdiyiniz əsas dəyişikliklər nələrdir?

- Burada əsas dəyişikliklər ondan ibarətdir ki, fənlərarası əlaqə daha da möhkəmlənib. Şagirdlərin istər coğrafiya, istərsə də riyaziyyat sahəsində öyrəndiklər bilikləri bir daha STEAM dərslərində keçdiyimiz zaman fənlərarası əlaqə yaramış oluruq və bu şagirdlərin daha çox marağına səbəb olur. Bu faktorlar öz növbəsində şagirdlərin yaradıcı və tənqidi düşüncəsində mühüm rol oynayır.

- Bu sahədə tətbiq olunan fəaliyyətlər hansılardır?

- STEAM layihəsində tətbiq olunan fəaliyyətlərə nəzər salsaq, onu deyə bilərəm ki, bu fəaliyyətlərə robotexnika və proqramlaşdırma, maket quruculuğu, 3D modelləşdirməsi, təbiət hadisələrinin təcrübə yolu ilə izahı və rəqəmsal incəsənət və qrafik dizayn, ekoloji və sosial mövzuda olan tədqiqat layihələri aiddir və bu da öz növbəsində şagirdlərimizə əməkdaşlıq çərçivəsində problemi həlletmə üsullarını öyrədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Aprel 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see450

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see212

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see194

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see176

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see176

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see151

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see141

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri