Stenford alimlərindən unikal layihə Ayasofiyanın səsi rəqəmsallaşdırıldı
Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İstanbulda yerləşən və bir müddət əvvəl bərpa edilən tarixi Panaqia pravoslav kilsəsi ABŞ-nin Stenford Universitetinin həyata keçirdiyi unikal akustika layihəsinə ev sahibliyi edib.
Kulis.az xəbər verir ki, "Icons of Sound" ("Səsin ikonaları") layihəsi çərçivəsində alimlər xüsusi texnologiyalar vasitəsilə Ayasofiyanın bənzərsiz akustikasını rəqəmsal mühitdə modelləşdirərək Panaqia kilsəsinə tətbiq ediblər.
Layihənin gedişatında Yunanıstanın paytaxtı Afinadakı studiyaların birində 120 Bizans kilsə nəğməsi səsə yazılıb. Daha sonra həmin ifalar Stenford alimləri tərəfindən xüsusi proqramlarla işlənərək Ayasofiyanın əks-səda effekti ilə zənginləşdirilib.
Kilsəyə quraşdırılmış 30 xüsusi dinamik vasitəsilə ziyarətçilərə və yerli icmaya 15 əsrlik Bizans musiqi ənənəsini məhz "Ayasofiya akustikası" ilə dinləmək imkanı yaradılıb.
Qeyd edək ki, laboratoriya şəraitindən kənarda ilk dəfə tətbiq edilən bu unikal layihə tarixi və mənəvi irsin müasir texnologiyalarla qorunub saxlanılması baxımından mühüm addım hesab olunur.
Tramp pop-mədəniyyət həvəskarlarının hədəfində - Səbəb Nepaldakı daşqın mədəni irsi yox edə bilər Elmi-kütləvi serial “Netflix”də yayımlanacaq
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 23 Sentyabr 2026 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















