Stolüstü tennisçilər Çində İdman və Biz
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanın stolüstü tennisçiləri Çinə yollanıblar.
İdman.biz xəbər verir ki, idmançılarımız bu ölkədə növbəti təlim-məşq toplanışında iştirak edəcəklər.
Seçmə komandamızın heyətində Şəbnəm Mansurova, Banu Baytallı, Onur Quluzadə və Tunar Bağırov baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Şanxay, Mərziyyə Nurmətova, Arzu Aslanova, Aylin Əsgərova və Yağmur Məmmədli isə məşqçi Səbinə Əzizlinin rəhbərliyi ilə Hebey şəhərində yerləşən stolüstü tennis mərkəzində hazırlıq keçəcək.
Qeyd edək ki, təlim-məşq toplanışları noyabrın 27-də yekunlaşacaq.
İdman.biz


Stolüstü tennisçilər Çində
10 Noyabr 2024 22:00
Stolüstü tennisçimiz Çində hazırlıq keçəcək İdman və Biz
02 Yanvar 2025 13:47
Stolüstü tennisçilər növbəti təlimməşq toplanışında İdman və Biz
11 Noyabr 2024 14:09
Stolüstü tennisçilərimiz Finlandiyaya yollanıblar İdman və Biz
04 Dekabr 2024 13:56

