Strateji hədəflər, milli maraqlar və dövlətçilik prinsipləri FOTO
Ses qazeti saytına istinadən Icma.az xəbər verir.
YAP Astara rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş növbəti tədbir Astara Rayon Mərkəzi Xəstəxanasında keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan qurultay nümayəndəsi, Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru, ərazi partiya təşkilatının sədri Bahadır Əhmədov cənab İlham Əliyevin VIII Qurultaydakı nitqində müəyyənləşdirilən əsas istiqamətlər, Yeni Azərbaycan Partiyasının qarşısında duran yeni vəzifələr və ideoloji fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasının əhəmiyyəti barədə ətraflı danışıb.
Həmçinin natiq Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin, milli maraqların və dövlətçilik prinsiplərinin rəhbər tutulmasının, partiya fəaliyyətinin daha da gücləndirilməsinin və qarşıya qoyulan vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini bildirib.
Çıxış edən YAP Astara rayon təşkilatının məsul əməkdaşı Elçin Məmmədəliyev və xəstəxananın əməkdaşı Elşad Süleymanlı qurultayda səsləndirilən fikirlərin əhəmiyyətini vurğulayaraq, qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində partiya üzvlərinin və səhiyyə işçilərinin üzərinə düşən məsuliyyətdən danışıblar. “Yeni Azərbaycan Partiyasının müəyyən etdiyi hədəflərə sadiqlik, dövlətçiliyimizə sədaqət və xalqımıza layiqli xidmət əsas fəaliyyət prinsipimizdir”-deyiblər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 16 Oktyabr 2026 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















