Icma.az
close
up
RU
Strateji hədəflərimizi şagirdlərə elmi əsaslarla çatdırmaq onların vətənpərvər böyüməsində mühüm rol oynayır

Strateji hədəflərimizi şagirdlərə elmi əsaslarla çatdırmaq onların vətənpərvər böyüməsində mühüm rol oynayır

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Elm və Təhsil Nazirliyi bildirir ki, Zəngəzur dəhlizi Azərbaycanın mühüm tarixi hadisəsi sırasında olduğundan yaş səviyyəsi və tarixi dövr əhatə olunan sinif üzrə tarix (“Zəfər tarixi 9”, “Azərbaycan tarixi 11”) dərsliklərində əks olunub.

Redaktor.az-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirdi ki, Zəngəzur dəhlizi Azərbaycanın dövlətçilik tarixində mühüm siyasi, iqtisadi və geostrateji əhəmiyyətə malik olan tarixi hadisələrdən biridir.

"Vaşinqton görüşündə əldə olunan razılaşmaların, xüsusilə, Azərbaycanın materik hissəsini Naxçıvanla birləşdirən Zəngəzur dəhlizinin reallaşdırılması 1928-ci ildən etibarən qurulan anti-Azərbaycan planlarını birdəfəlik olaraq lehimizə dəyişdi. Bu isə özü-özülüyündə yaşadığımız ən qürurlu anlardan biri və məhz tarixi döngünü dəyişən strateji bir addımdır.

Təbii ki, bu proseslərin məktəb dərsliklərinə salınması, xüsusən də “Zəfər tarixi” və “Azərbaycan tarixi” dərsliklərində gənc nəslə təqdim edilməsi, milli yaddaşın möhkəmləndirilməsi baxımından mühüm addımdır".

Millət vəkili əlavə etdi ki, tarixi qələbələrimizi və strateji hədəflərimizi şagirdlərə elmi əsaslarla çatdırmaq, onların milli kimlik və Vətən sevgisi ilə yetişməsində əvəzsiz rol oynayır.

"Elm və Təhsil Nazirliyinin bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir. Ən yeni tariximizin, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı proseslərin dərsliklərə salınması, gənc nəsli regionun geosiyasi reallıqlarını düzgün dərk edən, milli maraqların müdafiəsinə hər zaman hazır olan vətəndaşlar kimi formalaşdıracaq. Müəllimlər üçün hazırlanacaq metodik vəsaitlər isə mövzunun daha effektiv tədrisinə xidmət edəcəkdir.

Bizim tarixi yaddaşımız yalnız muzeylərdə, arxivlərdə eyni zamanda məktəbdən başlayaraq şagirdlərin düşüncəsində formalaşmalıdır. Bu, gələcək nəsillərin Vətəninə, dövlətinə və tariximizə bağlılığının ən möhkəm zəmanətidir", - deyə Günay Ağamalı vurğuladı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Avqust 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see198

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see156

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see137

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see132

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri