Icma.az
close
up
RU
525 ci qəzet Ölkənin inkişafında sağlam, vətənpərvər gənclik mühüm rol oynayır

525 ci qəzet Ölkənin inkişafında sağlam, vətənpərvər gənclik mühüm rol oynayır

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə Azərbaycan cəmiyyətinin avanqard qüvvəsinə çevrilib. Gənclər siyasətində qarşıya qoyulan vəzifələrdən biri də yeni nəslin nümayəndələrinə etimad göstərilməsi, onların məsul vəzifələrə, idarəetmə işinə irəli çəkilməsi, qabiliyyət və bacarıqlarını nümayiş etdirmək üçün şərait yaradılmasıdır. Gənc kadrların irəli çəkilməsi siyasəti öz müsbət nəticələrini göstərir.

Prezident İlham Əliyevin hakimiyyətdə olduğu dövr ərzində Azərbaycanda vətənpərvər, sağlam düşüncəli və gələcəyimizi etibar edə biləcəyimiz gənc nəsil yetişib. Ölkəmizdə həyata keçirilən gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin ölkəyə başçılıq etdiyi dövrdə yetişən gənclər yerinə yetirdilər. Məhz Azərbaycan Prezidentinin gənclər siyasətinin uğurlu olmasının nəticəsi idi ki, gənclər tarixi qələbəmizin əldə olunmasında digər nəsillərlə bərabər əvəzsiz rol oynadı.

Millət vəkili Anar Məmmədov deyir ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər buraxıb: "Məhz Ulu öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti dövlətimizin gənclərə qayğısını şərtləndirir. Hazırda bu siyasət dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etməyə başladığı ilk günlərdə gənclərin ən yaxın dostu olacağını, gənclərə etibar etdiyini və gənclərin də ona etibar etməsini arzuladığını ifadə edib. Son 22 ildə biz bu qarşılıqlı etimadın nəticələrini görməkdəyik və əminliklə deyə bilərik ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti bir nümunədir. Bu siyasət model olaraq dünyanın inkişaf etmiş dövlətləri tərəfindən yüksək qiymətləndirilməklə bərabər, öyrənilir, tətbiq edilir".

A.Məmmədovun sözlərinə görə, gənclərlə bağlı proqramların, konkret dövrləri əhatə edən strategiyaların məhz gənclərin fikirlərinin, arzularının nəzərə alınmaqla qəbul edilməsi, onların bütün pozitiv təşəbbüslərinin dəstəklənməsi, dövlət strukturlarında gənclərin təmsil olunması, gənclərin dövlət hesabına ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən ixtisaslarda dünyanın ən prestijli ali məktəblərində təhsil almağa göndərilməsi, Bakıda müxtəlif mövzularda gənclərə həsr olunmuş beynəlxalq tədbirlərin keçirilməsi də bu deyilənləri təsdiq edir.

O bildirib ki, Prezident İlham Əliyevin müxtəlif illərdə gəncliyin inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamlar ölkəmizdə həyata keçirilən gənclər siyasətinə yeni impuls verib. Azərbaycan gəncliyi də öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib. Bu, ondan irəli gəlir ki, Azərbaycan dövləti gənclərə hər zaman geniş meydan verir, bu təbəqəyə daim böyük diqqət və qayğı ilə yanaşır: "Bu gün gənclər siyasəti respublikamızda gəncliyin inkişaf yoluna işıq salıb, gənclərin dövlət idarəçiliyində, cəmiyyət həyatının bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edib. Bu baxımdan, Prezident İlham Əliyevin gənclərlə iş sahəsində həyata keçirdiyi tədbirlər Ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş gənclər siyasətinin uğurlu davamı kimi cəmiyyət tərəfindən təqdir edilir".

Millət vəkili Asif Əsgərovun sözlərinə görə, 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev Azərbaycanın gələcək inkişafında gənclərin roluna xüsusi diqqət yetirmiş və onların cəmiyyətdə fəal iştirakını təmin etmək məqsədilə mühüm addımlar atıb. Gənclər siyasəti Ulu öndərin dövlət idarəetmə strategiyasının prioritet istiqamətlərindən birinə çevrilmişdir. Onun uzaqgörənliyi və gənclərə olan inamı Azərbaycanın gənclər siyasətinin dayanıqlı bir modelə çevrilməsinə imkan yaradıb. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu öndər Heydər Əliyev gənclər qarşısında tarixi məqsəd və vəzifələr qoyub. Bu Forum gənclərin cəmiyyətin müxtəlif sahələrində aktiv iştirakı və milli dəyərlərə bağlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyıb. Ümummilli liderin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, həmin tarix Azərbaycan Gəncləri Günü elan edilib. Bu əlamətdar gün gənclərə dövlət səviyyəsində verilən dəyərin ən əhəmiyyətli təzahürlərindən biridir. Həmin vaxtdan etibarən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb: "Hazırda ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarına uyğun şəkildə təkmilləşdirilib. Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və müəyyənləşdirilən strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2007-ci il ölkəmizdə "Gənclər ili" elan olunub. Dövlət başçısının bu təşəbbüsü gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da artmasına səbəb olub. Sərəncamla "Gənclər ili" elan olunmasına dair tədbirlər planı təsdiq edilmiş, o cümlədən ölkənin şəhər və rayonlarında "Gənclər evi"nin yaradılması nəzərdə tutulub. Müasir dövrdə elmin və texnologiyanın sürətli inkişafı Azərbaycan dövlətinin gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət yürütməsini zəruri edib. Bu zərurəti nəzərə alan dövlətimizin başçısı gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə 2015-ci il yanvarın 26-da "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb".

Millət vəkili qeyd edib ki, Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi olub. Şanlı ordumuzun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclər adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazıb. Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı Zəfər sayəsində xalqımız 30 illik həsrətdən sonra tarixi torpaqlarına qovuşub. Sevindirici haldır ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərərək ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında mühüm rol oynayıb: "Müasir dövrün çağırışlarına cavab olaraq, ölkəmizdə innovasiya mərkəzləri və texnoloji parklar yaradılıb. Gənclərin rəqəmsal bacarıqlarının artırılması məqsədilə müxtəlif proqramlar reallaşdırılır. Müxtəlif layihələr vasitəsilə gənclər dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlərdə fəal iştirak edir, Azərbaycanın həqiqətlərini dünyaya çatdırır və qlobal platformalarda öz bilik və bacarıqlarını nümayiş etdirirlər. Dövlət gənclərin yalnız dəstəkçisi deyil, həm də tərəfdaşıdır. Gənclərin fikirlərinin dinlənilməsi, onların təşəbbüslərinə dəstək verilməsi və qərarların qəbulunda aktiv iştirakının təmin edilməsi bu siyasətin ən uğurlu aspektlərindəndir. Dövlət gənclər siyasəti gənclərin sosial, iqtisadi və mədəni inkişafını təmin edərək onların cəmiyyətin lider qüvvəsinə çevrilməsinə şərait yaradır. Bu siyasət həm milli dəyərlərə, həm də qlobal çağırışlara cavab verməklə gəncləri ölkənin sabahkı inkişafının əsas qüvvəsi kimi formalaşdırır".

Millət vəkili Hicran Hüseynova bildirib ki, hər bir xalqın tərəqqisində, ölkənin inkişafında sağlam, vətənpərvər gənclik mühüm rol oynayır. Gənclər ölkəmizin bu günü, gələcəyi, həm də sabaha olan ümididir. 44 günlük Vətən müharibəsində biz bir daha gördük ki, Azərbaycanın böyük və güclü gələcəyi var. Çünki sağlam, cəsur, qəhrəman bir nəslin yetişdiyini gördük. Onların hamısı Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdilər. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşdular, 30 illik Vətən həsrətinə öz canları, qanları hesabına son qoydular. Tək biz yox, bütün dünya bir daha gördü ki, xalqımız qəhrəmanlar yetişdirən xalqdır və ədalətin bərpası üçün vuruşur: "Gənclərimiz təkcə döyüş meydanında deyil, bütün sahələrdə mübarizə aparırdılar, virtual məkanda, ölkəmizin haqq mübarizəsini işıqlandırırdılar. Dünyanın müxtəlif ölkələrində yaşayan gənclərimiz Azərbaycan həqiqətlərini təbliğ edir, erməni terroru haqqında məlumatlar yayır, tədbirlər, yürüşlər keçirirdilər. Yüksək təşkilatlanma var idi. Bütün bunlar bir daha göstərdi ki, ötən illər ərzində çox güclü gənclik formalaşıb. Biz gənclərimizlə fəxr edirik. Hər bir xalqın inkişafında sağlam, vətənpərvər gənclik mühüm rol oynayır. Gənclər ölkəmizin bu günü, gələcəyi, həm də sabaha olan ümididir. 44 günlük Vətən müharibəsində biz bir daha gördük ki, Azərbaycanın böyük və güclü gələcəyi var. Çünki sağlam, cəsur, qəhrəman bir nəslin yetişdiyini gördük. Onların hamısı Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdilər. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşdular, 30 illik Vətən həsrətinə öz canları, qanları hesabına son qoydular. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə tezliklə sağalaraq, cəmiyyətdə aktiv olmağı arzulayıram. Tək biz yox, bütün dünya bir daha gördü ki, xalqımız qəhrəmanlar yetişdirən xalqdır və ədalətin bərpası üçün vuruşur. Qeyd edim ki, gənclərimiz təkcə döyüş meydanında deyil, bütün sahələrdə mübarizə aparırdılar, virtual məkanda, ölkəmizin haqq mübarizəsini işıqlandırırdılar. Dünyanın müxtəlif ölkələrində yaşayan gənclərimiz Azərbaycan həqiqətlərini təbliğ edir, erməni terroru haqqında məlumatlar yayır, tədbirlər, yürüşlər keçirirdilər. Yüksək təşkilatlanma var idi. Bütün bunlar bir daha göstərdi ki, ötən illər ərzində çox güclü gənclik formalaşıb. Biz gənclərimizlə fəxr edirik".

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Fevral 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see205

Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı

19 İyul 2025 10:50see134

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see121

İpotekaya yararlı, hazır mənzil axtaranlara şad xəbər FOTOLAR

18 İyul 2025 08:56see115

Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi

18 İyul 2025 18:55see114

Əlixan Rəcəbovdan xanımı ilə paylaşım

18 İyul 2025 12:46see114

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

18 İyul 2025 18:54see112

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see111

Mourinyo bu komandanı çalışdıra bilər

19 İyul 2025 08:26see111

150 illik müharibə TƏHLİL

18 İyul 2025 15:57see110

Orban: Macarıstan Aİ dən çıxa bilər

18 İyul 2025 08:53see110

Merz Netanyahuya xəbərdarlıq edir...

18 İyul 2025 18:57see110

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see110

Zəngəzur dəhlizi layihəsinin icrası ilyarım ləngiyə bilər

18 İyul 2025 19:31see110

Zelenski: Fransa Ukrayna üçün əlavə “Mirage” pilotları hazırlamağa hazırdır KONKRET

18 İyul 2025 19:20see110

Tramp BRİKS in zəiflədiyindən danışdı

19 İyul 2025 11:50see109

Ərəblərdən “Real”a 350 milyon, futbolçuya 1 milyard

18 İyul 2025 12:25see109

Sahil Babayev: Maliyyə Nazirliyindən “Yüksəliş”ə 66 nəfər qatılıb

18 İyul 2025 15:48see109

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see109

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri