Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Strateji tərəfdaşlıqdan rəsmi müttəfiqliyə ŞƏRH

Strateji tərəfdaşlıqdan rəsmi müttəfiqliyə ŞƏRH

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tarixi əhəmiyyətə malik olan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəltmiş, iki qardaş ölkə arasında strateji tərəfdaşlığı rəsmən müttəfiqlik səviyyəsinə çatdırmışdır. Bu sənəd əsrlərə söykənən dostluq, qardaşlıq və qarşılıqlı etimad münasibətlərinin məntiqi davamı kimi çıxış edir. Xüsusilə, Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Zəfərdən sonra imzalanan bu sənəd regionda yeni siyasi reallıqların formalaşdığını bir daha nümayiş etdirib. Bəyannamənin məhz Şuşada imzalanması isə rəmzi məna daşıyaraq Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin beynəlxalq müstəvidə təsdiqinin növbəti təzahürü olub. Qeyd edək ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” 2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində imzalanıb.

İki ölkə arasında sarsılmaz müttəfiqlik münasibətləri illər boyu sınaqlardan keçərək bu gün ən yüksək inkişaf mərhələsinə çatıb. 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bu sarsılmazlığın ən bariz nümunəsi idi. Şuşa Bəyannaməsi bu münasibətləri strateji və hüquqi baxımdan möhkəmləndirərək hər iki tərəfin bir-birinin maraqlarını həm sülh, həm də böhran dövrlərində qoruyacağını təsdiq etdi. Eyni zamanda, bu Bəyannamə ölkəmizin beynəlxalq nüfuzunu artırır və Azərbaycanın regional liderliyini daha da möhkəmləndirir. Dünyanın ən güclü ordularından birinə və böyük qlobal təsir imkanlarına malik olan Türkiyə ilə rəsmi müttəfiqlik statusu Azərbaycanın xarici siyasət mövqelərini gücləndirir və onun beynəlxalq arenada irəli sürdüyü təşəbbüslərin çəkisini artırır. Bəyannamənin yaratdığı yeni reallıqlar regionda əlverişli investisiya mühitinin yaranması üçün də geniş imkanlar açır. Sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunduğu bir bölgə hər zaman xarici sərmayədarlar üçün cəlbedici məkana çevrilir. Şuşa sənədi Cənubi Qafqazın təhlükəsizliyini qlobal miqyasda zəmanət altına aldığı üçün həm yerli, həm də beynəlxalq biznes dairələrinin regiona, xüsusilə də Qarabağ və Şərqi Zəngəzura böyük həcmdə sərmayə yatırmasına rəvac verir.

Bəyannamədə xarici siyasət istiqamətində əməkdaşlıq xüsusi yer tutur. Sənədə əsasən tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin vacibliyini vurğulayırlar. Azərbaycan və Türkiyə milli maraqlarına əsaslanan müstəqil xarici siyasət həyata keçirdiklərini bəyan edirlər. Beynəlxalq münasibətlərin inkişafı, regional və qlobal təhlükəsizlik, sabitlik və əməkdaşlıq məsələlərində birgə səylər göstərilməsi əsas prioritet kimi müəyyən olunur. Bu fəaliyyətlərin koordinasiyası Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində həyata keçirilir. Bu müddəalar göstərir ki, tərəflər beynəlxalq platformalarda – BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digər qurumlarda – bir-birini dəstəkləmək xəttini davam etdirəcək və xarici siyasət mövqelərini uzlaşdıracaqlar.

Şuşa Bəyannaməsi regional təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayırır. Tərəflər Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi, sülhün təşviqi və qarşılıqlı faydalı əməkdaşlıq mühitinin yaradılması istiqamətində birgə fəaliyyət göstərməyi öhdələrinə götürürlər.Bəyannamədə qeyd olunur ki hər iki dövlət suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini əsas götürür. Regional münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həllini dəstəkləyirlər. Qlobal təhlükəsizlik çağırışlarına – terrorizm, ekstremizm, transmilli cinayətkarlıq və digər təhdidlərə qarşı birgə mübarizə aparırlar. Bu yanaşma Azərbaycan və Türkiyənin regionda sabitlik və təhlükəsizlik təminatçısı kimi rolunu gücləndirir.

Qarabağ və Şərqi Zəngəzurda beynəlxalq hava limanlarının, avtomobil və dəmir yollarının tikintisində türk qardaşlarımızın çiyin-çiyinə çalışması Şuşa Bəyannaməsinin praktiki uğurlarındandır. Şübhəsiz ki, müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Sənədin bu bəndi hər iki ölkənin suverenliyinə və ərazi bütövlüyünə üçüncü bir dövlət tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflərin bir-birinə lazımi hərbi kömək göstərəcəyini rəsmən təsbit edir. Nəhayət, bu mühüm sənədin əhəmiyyətini daim gündəmdə saxlamaq və elmi-praktiki cəhətdən təhlil etmək məqsədilə, Bəyannamənin imzalanmasından sonra Şuşada 15 iyun tarixində ənənəvi olaraq keçirilən konfranslar təşkil olunmaqdadır. Bu konfranslar hər il həm yerli, həm də beynəlxalq ekspertlərin bir araya gələrək Şuşa Bəyannaməsinin gətirdiyi dividendləri və gələcək birgə hədəfləri müzakirə etdiyi mühüm regional platformaya çevrilmişdir.

Aydın Hüseynov, millət vəkili

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 İyun 2026 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see617

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see293

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see285

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see273

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see269

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see260

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see239

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see235

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see234

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see228

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see221

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see218

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see207

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see196

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see195

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see195

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see194

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see185

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see171

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri