Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Rusiyadan miqrantları üzən QƏRAR

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Stres hansı xəstəliklərə yol açır?

Stres hansı xəstəliklərə yol açır?

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Müasir dövrdə stres insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. İş yükünün artması, iqtisadi çətinliklər, ailə problemləri, sosial münasibətlərdə yaranan gərginlik və müxtəlif həyati dəyişikliklər insanın təkcə psixi deyil, həm də fiziki sağlamlığına mənfi təsir göstərir. Elmi tədqiqatlar sübut edir ki, uzunmüddətli və idarə olunmayan stress orqanizmin bütün sistemlərinə təsir edərək müxtəlif xəstəliklərin yaranmasına və ya mövcud xəstəliklərin gedişinin ağırlaşmasına səbəb ola bilər. Psixoloji amillərlə fiziki sağlamlıq arasındakı bu qarşılıqlı əlaqə psixosomatika elminin əsas tədqiqat istiqamətlərindən biridir.

Bu sözləri SİA-ya açıqlamasında psixoloq Günel Allahverdiyeva deyib.

O bildirib ki, psixosomatika psixoloji amillərlə (stres, narahatlıq, depressiya, qorxu, emosional gərginlik və s.) fiziki sağlamlıq arasında mövcud olan qarşılıqlı əlaqəni öyrənən elmi istiqamətdir. "Psixo" termini psixikanı və ruh halını, "somatika" isə bədəni ifadə edir:

“Psixosomatik xəstəliklər dedikdə yaranmasında, inkişafında və ya gedişində psixoloji amillərin mühüm rol oynadığı fiziki xəstəliklər nəzərdə tutulur. Bu xəstəliklər real fizioloji dəyişikliklərlə müşayiət olunur və müvafiq tibbi müdaxilə tələb edir.

Stres orqanizmə necə təsir edir?

Stres zamanı orqanizmdə "mübarizə və ya qaç" reaksiyası aktivləşir. Bu zaman beyində hipotalamus, hipofiz vəzi və böyrəküstü vəzilərdən ibarət neyroendokrin sistem fəaliyyətə başlayır və nəticədə adrenalin ilə kortizol hormonlarının ifrazı artır.

Qısamüddətli stress təhlükəli vəziyyətlərdə orqanizmin müdafiə mexanizmlərini gücləndirərək adaptasiyaya kömək edir. Lakin stres uzun müddət davam etdikdə orqanizmdə aşağıdakı dəyişikliklər baş verir:

• arterial təzyiq yüksəlir;
• ürək döyüntüləri sürətlənir;
• immun sistemin fəaliyyəti zəifləyir;
• həzm sisteminin fəaliyyəti pozulur;
• yuxunun keyfiyyəti aşağı düşür;
• iltihabi proseslər güclənir;
• hormonal balans pozulur.

Bu dəyişikliklər zaman keçdikcə müxtəlif fiziki xəstəliklərin yaranmasına və ya mövcud xəstəliklərin ağırlaşmasına səbəb ola bilər.
Stressin səbəb ola biləcəyi əsas fiziki xəstəliklər:

Ürək-damar sistemi. Davamlı psixoemosional gərginlik ürək-damar sisteminin fəaliyyətinə mənfi təsir göstərərək arterial təzyiqin yüksəlməsinə, ürək ritminin dəyişməsinə və damar divarlarında funksional pozğunluqların yaranmasına səbəb ola bilər. Nəticədə hipertoniya, ürəyin işemik xəstəliyi və miokard infarktı kimi ciddi ürək-damar patologiyalarının inkişaf riski artır.

Həzm sistemi. Stress həzm sisteminin normal fəaliyyətini pozan əsas amillərdən biri hesab olunur. Uzunmüddətli emosional gərginlik mədə şirəsinin ifrazını və bağırsaqların hərəkətliliyini dəyişdirərək qastrit, mədə və onikibarmaq bağırsaq xorası, qıcıqlanmış bağırsaq sindromu, qəbizlik və ya ishal kimi problemlərin yaranmasına və ya mövcud xəstəliklərin ağırlaşmasına şərait yarada bilər.

Dəri xəstəlikləri. Psixoloji gərginlik dəriyə birbaşa təsir göstərən amillərdən biridir. Xroniki stress immun və hormonal tarazlığı pozaraq ekzema, psoriaz, atopik dermatit, sızanaq və digər dermatoloji problemlərin meydana çıxmasına və ya onların klinik əlamətlərinin daha da şiddətlənməsinə səbəb ola bilər.

Baş ağrıları və miqren. Emosional gərginlik və davamlı psixi yüklənmə baş-boyun nahiyəsində əzələ gərginliyini artırır və sinir sisteminin fəaliyyətinə təsir göstərir. Bunun nəticəsində gərginlik tipli baş ağrıları, eləcə də miqren tutmalarının tezliyi və intensivliyi arta bilər.

Psixosomatik problemlərin əsas səbəbləri
Psixosomatik pozuntuların formalaşması müxtəlif psixoloji və sosial amillərin qarşılıqlı təsiri nəticəsində baş verir. Bu prosesə təsir edən əsas faktorlar aşağıdakılardır:

1. Xroniki stress. Davamlı emosional gərginlik orqanizmin uyğunlaşma (adaptasiya) mexanizmlərini tədricən zəiflədir. Nəticədə sinir, endokrin və immun sistemlərinin fəaliyyəti pozulur ki, bu da müxtəlif somatik əlamətlərin və xəstəliklərin yaranma ehtimalını artırır.

2. Daxili psixoloji konfliktlər. Şəxsin həll edə bilmədiyi daxili ziddiyyətlər, uzunmüddətli emosional sıxıntılar və ifadə olunmayan hisslər zaman keçdikcə fiziki narahatlıqlar şəklində özünü büruzə verə bilər.

3. Travmatik həyat hadisələri. Uşaqlıq dövründə və ya sonrakı illərdə yaşanmış psixoloji və fiziki travmalar insanın psixi tarazlığına uzunmüddətli təsir göstərərək müxtəlif orqan və sistemlərdə funksional pozuntuların meydana çıxmasına zəmin yarada bilər.

4. Sosial mühit və münasibətlər. Ailə daxilindəki münaqişələr, iş yerində davamlı gərginlik, sosial dəstəyin çatışmazlığı və interpersonal münasibətlərdə yaşanan problemlər insanın emosional
Onu da qeyd etmək lazımdır ki, stressi tamamilə aradan qaldırmaq mümkün olmasa da, onun sağlamlığa mənfi təsirini azaltmaq mümkündür. Bunun üçün aşağıdakı tövsiyələrə əməl etmək məqsədəuyğundur:

• gündə 7–9 saat keyfiyyətli yuxu;
• müntəzəm fiziki aktivlik;
• balanslaşdırılmış qidalanma;
• nəfəs və relaksasiya məşqlərindən istifadə;
• meditasiya və digər psixoloji rahatlama texnikalarının tətbiqi;
• vaxtın səmərəli planlaşdırılması;
• ailə üzvləri və dostlarla sosial əlaqələrin gücləndirilməsi;
• alkoqol, siqaret və digər zərərli vərdişlərdən uzaq durmaq;
• zərurət yarandıqda psixoloq və ya psixiatrın dəstəyindən istifadə etmək.
Psixosomatika insanın psixi və fiziki sağlamlığının bir-biri ilə sıx əlaqədə olduğunu göstərən mühüm elmi istiqamətdir. Xroniki stres yalnız emosional narahatlıq yaratmır, eyni zamanda ürək-damar, həzm, immun, endokrin, dəri, tənəffüs və reproduktiv sistemlərdə müxtəlif funksional və struktur dəyişikliklərə səbəb ola bilər. Buna görə də stressin erkən mərhələdə müəyyən edilməsi, psixoloji dayanıqlığın gücləndirilməsi, sağlam həyat tərzinin formalaşdırılması və zərurət olduqda peşəkar yardımın alınması həm psixi, həm də fiziki sağlamlığın qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Psixosomatik amillər bir çox xəstəliklərin yaranmasına və ya gedişinə təsir göstərə bilər. Lakin bu, bütün fiziki xəstəliklərin yalnız stress nəticəsində meydana gəldiyi anlamına gəlmir. Fiziki simptomlar uzun müddət davam etdikdə və ya şiddətləndikdə mütləq həkim müayinəsindən keçmək və zəruri tibbi diaqnostik tədbirləri həyata keçirmək lazımdır”.

Ayşən Vəli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 İyun 2026 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see922

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see401

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see312

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see228

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see220

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see217

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see210

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see205

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see202

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see201

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see194

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see192

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see190

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see187

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see186

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see183

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see181

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see177

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see172

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri