Icma.az
close
up
RU
Stres qidalanmaya niyə təsir edir? Açıqlama

Stres qidalanmaya niyə təsir edir? Açıqlama

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Qidalanmaya təsir edən faktorlardan biri də stresdir. Bəzən insanlar stresə düşdükdə yemək yemir, bəzən isə əksinə daha da çox yeyir.

Bəs bunun arxasında psixoloji olaraq nə dayanır?

Redaktor.az-a danışan psixoloq Nabat Mirzəyeva bildirdi ki, bu, bədənə uyğun dəyişən bir haldır.

"Bunun çox qismi psixoloji olaraq qaynaqlanır. Bədən stresdə olanda hormonların oynaması səbəbi ilə beyin döyüş və ya qaç deyir. Yəni dur o vəziyyətə uyğun savaş və yaxud həmin durumdan, vəziyyətdən uzaqlaş. Verilən həmin reaksiyaya uyğun bizim bədənimiz həmin durumda ya yeyir, ya da ki, yemir".

Onun sözlərinə görə, kəskin stresli olan zaman bədəndə adrenalin yüksəlir:

"Kəskin adrenalinin yüksəlməsi nəticəsində mədə, bədən sıxılmağa başlayır. Mədə sıxılmağa başlayan mədədə istər-istəməz artıq beyin olaraq həyatı düşünür, bədənin deyil. Yəni mən durumdan, vəziyyətdən çıxmağa yönəlirəm, amma özümü unuduram düşüncəsi, fikri olduğuna görə stresin mədədə yaratdığı sıxılmaq duyğusu, adrenalinin yüksəlməsi ilə yaranan mədədə sıxılmaq duyğusu həmin ana uyğun olaraq iştahın azalmasına şərait yaradır. Bu, ən çox həyəcanlı, məsuliyyət yükü olan insanlarda olur.

Uzun müddətli stres zamanı  insanlarda kortizol yüksəlir və kortizolun yüksəlməsi nəticəsində artıq istər-istəməz iştahın artması baş verir ki, bu, əsasən karbohidrata qarşı, şirinə qarşı, yağlara qarşı daha çox meyillənmə baş verir. Artan bu kortizol nəticəsində iştahımız artdığına görə, biz durumdan daha çox bədənimizə yönəlməyə başlayırıq. Stresdən qaçmaq yolu ancaq və ancaq yeməklə nəticələnir deyə, beyin artıq ona yönəlməyə başlayır. Ona görə həyatda nə yaşayırıqsa yaşayaq, stresli anımızda daxili dünyamıza dönüb onu araşdırmağa, çözməyə çalışmalıyıq, nəinki ondan qaçmaq yollarını və üsullarını seçmək".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Avqust 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri