Icma.az
close
up
RU
“Ştutqart” 18 illik titul həsrətinə son qoydu

“Ştutqart” 18 illik titul həsrətinə son qoydu

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mayın 24-də Berlinin bəzəyi olan “Olimpiaştadion”da Almaniya kubokuna yekun vuruldu.

"Football-plus.az" xəbər verir ki, budəfəki finalda bir qədər qeyri-adi komandalar – “Ştutqart” ilə 3-cü bundesliqa təmsilçisi “Arminiya” üz-üzə gəldi.
Təbii ki, şvabiyalılar aşkar favorit sayılırdı. Komandanın 18 illik titul həsrətinə son qoyması üçün bundan gözəl fürsət ola bilməzdi. Düzdü, “Arminiya” finala gedən yolda bundesliqa klublarına qənim kəsilmişdi. Bilefeld təmsilçisi “Verder”, “Frayburq”, “Union” və ən əsası turnirin son qalibi statusunda olan “Bayer-04”ü mübarizədən kənarlaşdırmağı bacarmışdı. Amma Almaniya futbol ictimaiyyəti bu sürpriz qələbələri doğma meydan amili ilə əlaqələndirmişdi. “Arminiya” buna qədər bu turnirdə bütün matçları doğma meydanda keçirmişdi!
Bilefeldlilərin “ev komandası” olub-olmadığına məhz bu finalda aydınlıq gəlməli idi. Bəd gümanlar artıqlamasıyla doğruldu. Çünki ilk dəqiqələrdən komandalar arasında səviyyə fərqi özünü biruzə verməyə başladı. Düzdü, artıq 1-ci dəqiqədə “Arminiya” fanatlarını ayağa qaldırmağa yaxın oldu. Bəlkə də Sarenren-Bazeenin yaxın məsafədən zərbəsindən sonra top dirəyə tuş gəlməyib tora daxil olsaydı, matçın axarı fərqli olardı. “Ştutqart” 15-ci dəqiqədən etibarən rəqibi “kötəkləməyə” başladı. “Arminiya”nın müdafiədəki inamsız oyunu və kobud səhvlər 13 dəqiqə aralığında 3 qolun buraxılmasına səbəb oldu.
Qələbənin əsasını Voltemade qoydu. Çox keçmədən Dəniz Undav əvvəlcə komanda yoldaşının fərqlənməsinə şərait yaratdısa, bir neçə dəqiqə sonra özü də fərqləndi. Komandasının ikinci qolunu vuran fransalı Miyo ikinci hissənin ortalarında dublunu rəsmiləşdirərək fərqi 4 topa yüksəltdi. “Arminiya” son anlarda fəallaşsa da, komandanın gücü yalnız iki qol vuraraq böyükhesablı məğlubiyyətdən qurtulmağa yetdi.
Beləliklə, “Ştutqart” son 18 ildə ilk titulunu qazandı. Komanda 2007-də bundesliqa çempionu olandan bəri heç nə qazanmamışdı. Ölkə kubokuna isə şvabiyalılar son 28 ildə ilk, ümumilikdə 4-cü dəfə sahib çıxdılar (1954, 1958, 1997, 2025). Maraqlıdı ki, 1997-dəki finalda da “Ştutqart” 3-cü bundesliqa təmsilçisini - Enerji“ni məğlub etmişdi.
Sebastyan Hönessin “Ştutqart”da gördüyü işləri alqışlamamaq mümkün deyil. Bu məşqçi 2023-ün mayında komandanı bundesliqada saxladısa, ötən mövsümü vitse-çempion kimi tamamladı. Bu il isə bir qədər də irəli gedərək ölkə kubokunu qazandı.
Yeri gəlmişkən, kubokun finalı Hönessin “Ştutqart”ın başında yubiley – 100-cü rəsmi oyunu oldu.
Arminiya (D-3) – Ştutqart 2:4
Kania, 82. Vaqnoman, 85-öz qapısına – Voltemade, 15. Miyo, 22; 66. Dəniz Undav, 28.
Arminiya: Kersken, Haqmann (Lannert, 46), Şnayder, Qrosser, Oppi, Russo, Şrek (Yanq, 46), Korboz, Sarenren-Bazee (Feliks, 59), Vörl (Kuntse, 83), Qrodovski (Kania, 80).
Ştutqart: Nübel, Vaqnoman, Jak, Şabo (Yeltş, 76), Mittelştadt, Atakan Karazor, Ştiller (Narti, 87), Miyo (Demiroviç, 69), Fürix (Hendriks, 69), Voltemade, Dəniz Undav.
Oyundan sonra
Mişel Kniat “Arminiya”nın baş məşqçisi:

“Hər birimiz çox üzgünük. Hətta final fitindən sonra bəzi oyunçularımız göz yaşını saxlaya bilmədi. Bu final ilə bağlı çox ciddi ümidlərimiz və arzularımız var idi. Təssüf ki, bunlar doğrulmadı. “Ştutqart” səhvlərimizdən gözəl yararlandı. Amma hətta finaldakı məğlubiyyətə baxmayaraq, özümüzlə fəxr edə bilərik. Çünki mövsümü çox yaxşı keçirdik. Həm 2-ci bundesliqaya vəsiqə qazandıq, həm də kubokda finala qədər irəlilədik”.


Sebastyan Honess, “Ştutqart”ın baş məşqçisi:

“Keçirdiyim hissləri sözlə ifadə etmək çətindi. Sevincimdən sanki buludların üzərindəyəm. “Arminiya”nı yaxşı incələmişdik və oyuna ciddi hazırlaşmışdıq. Belə oyunlarda hər şey baş verə bilər. Konsentrasiyanı əldən vermədik. Oyunçularıma təşəkkür edirəm. Sona qədər mübarizə aparan “Arminiya”nı da təbrik edirəm. “Ştutqart”ın qazandığı son titulun üzərindən uzun illər ötmüşdü. Bu məqam bu titulu daha da dəyərli edir. Mövsümboyu düzgün yolda olduğumuzu düşünürdük. Hətta nəticələr yaxşı olmadığı dönəmlərdə də belə düşünməyə davam edirdik. Gördüyün işin düzgünlüyünə inanmaq həmişə önəmlidi. Biz də məhz bunu etdik və həvəsdən düşmədik. Komandada birlik itmədi. Ona görə də nəticələr yaxşılaşmağa başladı. Fanatlarımız da ən xoş sözlərə layiqdi. “Ştutqart”ın bu zəfərinin tarixdəki rolunu anlamağımız üçün bir qədər vaxt ötməlidi”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 İyun 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri