“Ştutqart” futbol üzrə Almaniya kubokunun qalibi olub
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Berlin, 25 may, AZƏRTAC
“Ştutqart” komandası futbol üzrə Almaniya kubokunun qalibi olub.
AZƏRTAC xəbər verir ki, komanda turnirin finalında “Arminia Bilefeld” ilə qarşılaşıb. Berlindəki “Olimpiya” stadionunda keçirilən qarşılaşmada “Ştutqart” futbol üzrə Almaniyanın üçüncü liqasının qalibi olan “Arminia Bilefeld” üzərində 4:2 hesabı ilə qələbə qazanıb.
“Ştutqart” bu qələbə sayəsində 2007-ci ildəki çempionluqdan sonra ilk tituluna sahib olub. Bundesliqanın sonuncu mövsümünü 50 xalla 9-cu pillədə qərarlaşdıran komanda bununla da UEFA Avropa Liqasında mübarizə aparmaq hüququ əldə edib.
Komanda Almaniya superkuboku uğrunda qarşılaşmada Bundesliqanın builki mövsümünün qalibi “Bavariya” ilə qarşılaşacaq. Bu yarış əfsanəvi futbolçu, bu ilin yanvarında vəfat etmiş Frants Bekkenbauerin şərəfinə Bekkenbauer Superkuboku adlandırılıb. Avqustun 16-da baş tutacaq görüşün keçiriləcəyi stadion hələ müəyyənləşməyib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 25 May 2025 02:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















