Icma.az
close
up
RU
Su çiçəyi yenidən yayılır Pediatrdan xəbərdarlıq

Su çiçəyi yenidən yayılır Pediatrdan xəbərdarlıq

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Son günlər böyüklər və uşaqlar arasında su çiçəyi xəstəliyi geniş yayılıb. Bəzi insanlarda xəstəlik yüngül keçsə də, lakin bəzilərində daha ağır formada davam edir.
Bəs su çiçəyi ilə bağlı hazırkı vəziyyət nə yerdədir?
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “pravda.az”a açıqlama verən pediatr Leyla Şükürovanın sözlərinə görə, su çiçəyi (varicella) dövri şəkildə artıb-azalan bir xəstəlikdir.
O bildirib ki, son illərdə xəstəliyin artımının müəyyən səbəbləri var:
“Səbəblərdən biri peyvəndlənmə səviyyəsinin fərqli olmasıdır. Bəzi regionlarda varicella vaksini geniş tətbiq olunmur. Xüsusilə payız-qış və yazda daha çox yayılır. Əvvəlki dövrlə müqayisədə bəzi yerlərdə yoluxma hələ də yüksəkdir, amma ağırlaşmalar əvvəlki qədər tez-tez deyil. Erkən diaqnoz və daha yaxşı gigiyena səbəbilə ikincili bakterial infeksiyaların qoşulması nisbətən azalıb. Amma yenə də 1 yaşdan kiçiklər, böyüklər, immuniteti zəif olanlar üçün risk qalır”.
Pediatr, bir il öncə bu növ xəstəliklərin daha aqressiv formasının yayılma səbəblərindən bəhs edib:
“Buna səbəb qızılca və su çiçəyinin eyni vaxtda yayılması idi. İmmunitet zəifliyi, sıx yoluxma səbəbindən xəstəlik daha ağır keçirdi. Dəri səpkilərinə tez-tez bakteriya qoşulurdu, irinləmə, çapıqlaşma, uzun sağalma vəziyyətləri müşahidə edilirdi.
 

Su çiçəyinin ilkin əlamətləri yüngül hərarətlə (37,5-38,5) başlayır. Halsızlıq ola bilər. Daha sora qırmızı, kiçik qabarıq, içində maye olan suluq (vezikula) səpkilər yaranır. Səpkilər ilk olaraq sinədə, bel, sonra saç dibi nahiyələri, üz ətraflarında yaranaraq artır. 5-7 gün ərzində səpkilər arta bilər.


Əgər hərarət 39-dan yuxarı və uzun müddətli davam edərsə, səpkilərin içində irin olarsa, bakterial infeksiya qoşularsa təhlükəli hesab edilə bilər. Böyüklərdə daha ağır gedişli keçə bilər. Qaşınmalar üçün antihistamin dərman preparatlarından istifadə gərəklidir. İzlərin qalmaması üçün səpkilərin qaşınmaması vacibdir. Bu müddətdə istirahət, bol maye qəbulu gərəklidir”.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Aprel 2026 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri