Su polisi vətəndaşın şikayətini araşdırır
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Son zamanlar Şüvəlanın Xəzər dənizinə yaxın ərazisində - Mayak deyilən yerdə vətəndaşların səs-küy salmaları, ərazini çirkləndirmələri, suda batma halları artıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə vətəndaş R.Rzayev Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinə müraciət edib.
Vətəndaşın sözlərinə görə, bununla bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) sorğular verilib, nəticədə əraziyə lövhələr qoyulub. Lakin sonradan naməlum şəxslər tərəfindən sökülərək götürülüb. Sonradan isə təkrar olaraq həmin əraziyə lövhələr qoyulub.
Hazırda şikayətlə bağlı müvafiq orqanlara sorğular verilib, təhqiqat bölməsində araşdırma aparılır.
Qeyd edək ki, rəsmi qurumlar tərəfindən vətəndaşlara qadağan olunmuş ərazilərdə çimməmələri tövsiyə edilir.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 15 İyul 2026 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















