Icma.az
close
up
RU
Su təhlükəsizliyi milli prioritetlər fonunda strateji məsələ

Su təhlükəsizliyi milli prioritetlər fonunda strateji məsələ

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə görülən işlər və qarşıda duran strateji hədəflərə nəzər yetirərəkən çox mühüm məsələlərə toxundu. Dövlət başçısı vurğuladı ki, son 20 il ərzində həyata keçirilən layihələr onu göstərir ki, əgər vaxtında addımlar atılmasaydı, bu gün su təhlükəsizliyimizlə bağlı olan məsələlər çox ciddi problemlər yarada bilərdi.

İnkaredilməz reallıqdır ki, dünya əhalisinin sayının artması, şirin su ehtiyatlarının azalması və digər bir sıra amillər qlobal miqyasda su təhlükəsizliyi məsələsi ətrafında müxtəlif siyasi proseslərin cərəyan etməsini şərtləndirir. Bu kontekstdə cərəyan edən proseslər, əsas etibarilə, 2 aspektdən dəyərləndirilir: birincisi, su diplomatiyasıdır ki, bu da ayrı-ayrı regionlarda müxtəlif ölkələr arasında su resurslarından istifadə, yeni su mənbələrinin aşkar olunması, mübadilə prosesi, su ticarəti və digər məsələlər ətrafında diplomatik təmasları özündə ehtiva edir. İkincisi isə “su müharibələri”dir ki, bu, su ehtiyatları uğrunda mübarizə və ayrı-ayrı ölkələr arasında mövcud ziddiyyətlərin pik həddə çataraq siyasi qarşıdurma səviyyəsinə yüksəlməsi ilə xarakterizə edilir.
Bütövlükdə, XXI əsrin geostrateji mənzərəsini müəyyənləşdirərkən su təhlükəsizliyi, su diplomatiyasi və su müharibələri anlayışları nəzərdən qaçırılmamalıdır. Çünki artıq su təhlükəsizliyi enerji təhlükəsizliyi qədər aktualdır, su diplomatiyası isə enerji diplomatiyası kimi vacib məsələlərdən biridir. Qlobal miqyasda sabitlik və inkişaf naminə su təhlükəsizliyi ilə bağlı məsələlərin ölkələrin təbii-coğrafi şəraitləri, mövcud resursları, milli maraqları və sosial-iqtisadi vəziyyətləri nəzərə alınmaqla həll olunması strateji zərurətə çevrilib.
Bütün bu reallıqlar fonunda su ehtiyatlarından səmərəli istifadə olunması, su çatışmazlığının qarşısının alınması hər bir ölkənin milli təhlükəsizlik strategiyasının mühüm istiqamətlərindən biridir.
Azərbaycanda su təhlükəsizliyinin təmini milli prioritetlər fonunda strateji vəzifələrdən biri kimi müəyyənləşdirilib. Xüsusilə, bir tərəfdən iqlim dəyişmələri, orta temperaturun yüksəlməsi, digər tərəfdən isə ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı üzrə şəbəkələrin genişləndirilməsi nəticəsində suya tələbatın artması ölkədə su təhlükəsizliyi ilə bağlı məsələlərin aktuallığını daha da artırıb və bu istiqamətdə səmərəli infrastruktur layihələri uğurla həyata keçirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim su təhlükəsizliyimizlə bağlı olan bütün məsələlər sistem şəklində öz həllini tapır.

Nurlan Qələndərli
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Yanvar 2026 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri