Icma.az
close
up
RU
Sualınızı futbolçularıma qarşı hörmətsizlik kimi qəbul edirəm

Sualınızı futbolçularıma qarşı hörmətsizlik kimi qəbul edirəm

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Sabah" Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda evdə "Levski"yə uduzdu - 0:2.

"Football-plus.az" xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Əvvəlcə "Levski"ni növbəti mərhələyə vəsiqə qazanmaları münasibətilə təbrik edirəm. Hazırda çox şey deyə bilmirəm. İki oyunda qol vura bilmirsənsə, növbəti mərhələyə keçməyə rəqib daha çox layiqdi. Azarkeşlərimizə təşəkkür edirəm. Çox gözəl atmosfer yaratmışdılar. Oyun haqda taktiki cəhətdən nəsə demək çox çətindi. Çox məyusuq. Amma bu cür pis hissləri unutmalı, sabahdan etibarən çempionat haqda fikirləşməliyik. İnkişaf etməliyik. Çalışmalıyıq ki, yenidən xəyallarımızı gerçəkləşdirək - avrokuboklara qatılaq və bu dəfə daha irəli gedək.
- Bu gün Sofiyadakı cəsarətli "Sabah"la müqayisədə qorxaq "Sabah" gördük. Səbəb nə idi?
- Oyunumuzu niyə qorxaq adlandırdığınızı bilmirəm. Sualınızı futbolçularıma qarşı hörmətsizlik kimi qəbul edirəm. Bəli, Sofiyada daha intizamlı oynadıq. Düzdü, heç-heçə mənim üçün yaxşı nəticə deyil. Ancaq səfərdə son saniyədə qol buraxdıq. İnkişaf etmək istəyiriksə, çox şeyi dəyişməliyik. Bugünkü oyunun birinci hissəsini təhlil edin. Görün ki, oyunçular xətlərarası əlaqələrdə necə effektiv idi. Bu gün başqa fərq də var idi. Rəqib risk etmirdi. Biz isə daha çox risk etməliydik. Birinci hissədəki yrganə səhvimiz qolla nəticələndi. Bundan sonra risk aldıq. Nəticədə ötürmələr qeyri-dəqiq oldu, boşluqlar tapmaqda çətinlik çəkdik.
- Sizcə, "Sabah"ın oyunu stadiona gələn azarkeşlərə hörmətsizlik deyildi? 
- İsanlara nəzarət etmək əlimizdə deyil. Futbolda hər şey nəticədən asılıdı. Qələbə qzansaq, bizə təşəkkür edəcəkdilər, stadionu tərk etməyəcəkdilər. Onları səbirli olmağa çağırıram. Təəssüf ki, tərəfdarlarımızı üzdük. Hesabı bərabərləşdirib, intriqanı bərpa edə bilərdi. Cəhdlərimiz fayda vermədi. Azarkeş mədəniyyətini yaratmaq bir günün işi deyil.
- Pavol Şafranko və Cessi Sekidikanın meydanı tərk etməsindən sonra hücumda effekttivlik azaldı. Bu fikirlə razısız? Uğursuz əvəzetmə olduğunu demək olar?
- Yanlış xatırlamıramsa, bu dəyişikliyi 70-ci dəqiqədən sonra etdik. Əlbəttə, hər addımımın arxasında xoş niyyət var. Bilirik ki, meydana sonradan daxil olan oyunçu daha fərah, daha güclü olur. İstəyirik ki, həmin futbolçu hadisələrin axarı üçün fayda versin. Sonradan oyuna qatılan futbolçu qol vursa, məni tərifləyəcəkdiz. Deyəcəkdiz ki, Dambrauskas oyunu oxudu. Təəssüf ki, bu gün taktikam düzgün çalışmadı. Kahim Parris və Anatoli Nuriyevə də şans verdim. Kreativ olmaq istəyirdik. Mərkəz müdafiəçisi vasitəsilə standart vəziyyətlərdən yararlanmaq istəyirdik. Bu da olmadı.
- Sizcə, "Sabah" vaxtında lazımi sayda, keyfiyyətli oyunçular transfer etmədiyi üçün hər iki oyunda uduzdu?
- Birinci hissədə rəqibin cəmi bir qapıyazərbəsi oldu. O da qolla nəticələndi. İkinci hissədə bizə qollar lazım idi. Rəqib müdafiə olunmağa başladı, boşluqları bağladı. Yenə də oyuna nəzarət edən tərəf biz idik. "Levski" əks-hücumlarda heç nə edə bilmirdi. Biz xeyli qol epizodundan yararlana bilmədik. Hər halda, "Levski"yə qarşı oynadıq. Onlar Bolqarıstanın ən güclü komandalarından biridi. Dəyərləri bizdən çoxdu. Bunu bilirsiz: Sofiyada da ən yaxşısını etməyə çalışdıq. Sadəcə, son 10 saniyə bizi yaxşı nəticədən uzaqlaşdırdı. Məğlubiyyət ikinci oyuna da təsir etdi. Oyunçularım əlindən gələni etdi. Bu gün həll yolu futbolçuları yola salmaq, başqalarını tapmaq deyil. Elə məşqçi deyiləm. Daha çox çalışmalı, daha ağıllı yollar tapmalıyıq. Yeni mövsümdə avrokuboklara vəsiqə qazanıb daha yaxşı nəticələr qazanmalıyıq.
- Premyer-liqada hədəf nədi?
- Məqsədimiz bütün oyunlarda qələbə qazanmaq olacaq.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 Avqust 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see198

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see156

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see137

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see132

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri