Icma.az
close
up
RU
Subaşiç Bakıya qayıtdı: “Çox darıxmışdım” MÜSAHİBƏ

Subaşiç Bakıya qayıtdı: “Çox darıxmışdım” MÜSAHİBƏ

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiçin Sport24.az-a müsahibəsi
– Bu yaxınlarda ölkəmizə səfər etmişdiniz?
– Bəli, Bakıya gəlmişdim. Artıq səfərim başa çatıb və geri qayıtmışam. Azərbaycana yenidən gəlmək mənim üçün xoş oldu.
– Şəhərimizi bəyəndiniz?
– Əlbəttə, çox bəyəndim. Bakı üçün darıxmışdım. Uzun müddət burada yaşamışam və bu şəhərlə bağlı çoxlu xoş xatirələrim var. Ona görə də yenidən Bakıda olmaq mənim üçün xüsusi hisslər yaratdı.
– Bakı necə dəyişib?
– Paytaxtınız möhtəşəmdir. Bakının daha da inkişaf etdiyini və dəyişdiyini görmək mümkündür. Çox yaxşı təəssüratlarla ayrıldım. Həm şəhərin gözəlliyi, həm də ümumi ab-havası məndə xoş hisslər yaratdı.
– "Neftçi"nin oyununu izlədiniz?
– Bəli, "Neftçi"nin oyununu izlədim. "Şəfa" ilə keçirilən matçda stadionda idim və qarşılaşmanı canlı izlədim. Komandanın oyununu yaxından görmək mənim üçün maraqlı idi.
– Klub rəhbərliyi ilə görüşə bildiz?
– Bəli, müəyyən şəxslərlə görüşümüz oldu. "Neftçi"də də oldum, "Sabah"a da baş çəkdim. Hər iki klubun bazasında oldum və şəraitlə yaxından tanış olmaq imkanım yarandı.
– Necə düşünürsüz, "Neftçi" bu mövsüm çempion ola bilər?
– Məncə, yaxşı komanda qurublar. Heyətə baxanda bunu görmək mümkündür. Bəlkə daha iki transfer həyata keçirib komandalarını bir qədər də gücləndirsələr, daha yaxşı olar. Hazırda normal və yaxşı heyətləri var. Mövsüm ərzində hər şey mümkündür.
– Bakıya səfərinizin əsas məqsədi nə idi?
– Əsas məqsədim sadəcə iki oyunu izləmək idi. Futbol üçün gəlmişdim. "Sabah"ın oyununu da izlədim və bu komanda məndə çox yaxşı təəssürat yaratdı. Onların oyununu bəyəndim.
– "Neftçi" azarkeşlərinə demək istədiyiniz söz varmı?
– Ümid edirəm ki, "Neftçi" bu il yaxşı nəticə əldə edəcək. Komandanın böyük şansları və yaxşı heyəti var. Amma nə olursa-olsun, azarkeşlər hər zaman komandalarına dəstək verməli və ona inanmalıdırlar. Futbolda həm yaxşı, həm də çətin günlər olur. Belə məqamlarda azarkeş dəstəyi xüsusilə vacibdir.
"Neftçi" Azərbaycanın ən tanınmış və ən adlı-sanlı komandalarından biridir. Bu klubun böyük adı və zəngin tarixi var. Ona görə də "Neftçi"nin azarkeşləri həmişə komandalarının yanında olmalıdırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://sport24.az
archiveBu xəbər 08 Sentyabr 2026 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri