Subaylar övladlığa uşaq götürərsə: Hansı şərtlər var?
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Bu il ərzində Azərbaycanda 12 subay şəxs övladlığa uşaq götürüb.
Övladlığa uşaq götürmək həm emosional, həm də böyük məsuliyyət tələb edən bir qərar olur.
Qanunvericilik subay şəxslərin də övladlığa uşaq götürməsi zamanı onların maddi vəziyyətini, yaşayış şəraitini, psixoloji hazırlığını və valideynlik bacarıqlarını nəzərə alır.
Subay şəxslər övladlığa uşaq götürmək üçün hansı xüsusiyyətlərə malik olmalıdır?
Məsələ ilə bağlı "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyində bildirilib ki, qanunvericiliklə müəyyən edilmiş yaş həddi, sağlamlıq, ev şəraiti, gəlir tələblərini ödəyən subay və ya evli Azərbaycan Respublikası vətəndaşları övladlığa götürə bilərlər:
“Övladlığagötürmə sahəsində dövlət siyasəti və tənzimlənmə 2019-cu ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Son illərdə bu sahədə elektron sistemin tətbiqi şəffaflığın artırılmasına mühüm töhfə verib.
Hazırda övladlığa uşaq götürmək istəyən şəxslər “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsistemi vasitəsilə elektron qaydada müraciət edə bilirlər.
Qanunvericiliklə müəyyən edilmiş yaş həddi, sağlamlıq, ev şəraiti, gəlir tələblərini ödəyən subay və ya evli Azərbaycan Respublikası vətəndaşları övladlığa götürə bilərlər”.
Qeyd edilib ki, övladlığagötürmə üçün tətbiq olunan meyarlara əsasən, ögey ata və ögey ana, habelə qohumlar istisna olmaqla, nikahda olan şəxslərdən hər biri üçün minimal yaş həddi 25, nikahda olmayan şəxslər üçün isə 30-dur:
“Nikahda olmayan şəxsin uşağı övladlığa götürməsi üçün tərəflər arasında yaş fərqi ən azı 18 olmalıdır. Eləcə də, ailədə adambaşına düşən orta aylıq gəlirin (övladlığa götürüləcək uşaq da daxil olmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumundan aşağı olmaması əsas tələblərdən biridir.
Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulmuş tibbi göstəricilər övladlığagötürmə prosesinin qiymətləndirilməsi zamanı nəzərə alınır. Bu yanaşma uşağın rifahının və sağlam mühitdə böyüməsinin təmin edilməsinə xidmət edir”.
Gülər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:55
Bu xəbər 18 Noyabr 2025 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















