Icma.az
close
up
RU
Subsidiya var, məhsuldarlıq yox: İdxaldan asılılıq artır

Subsidiya var, məhsuldarlıq yox: İdxaldan asılılıq artır

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal dinamikası ilə bağlı bəzi sahələrdə artım, bəzilərində isə azalma tendensiyasını müşahidə olunur. Dövlət Statistika Komitəsinin açıqladığı son məlumatlara görə, 2025-ci ilin yanvar ayı ilə müqayisədə tərəvəz istehsalı 5,6 faiz, ət istehsalı isə 0,4 faiz artıb. Bununla yanaşı, süd istehsalında 0,5 faiz, yumurta istehsalında isə 5,7 faiz azalma qeydə alınıb.

Maraqlıdır, bu azalma nə ilə bağlıdır və gələcək dövrlərdə istehsalla bağlı proqnozlar necədir?

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev ümumilikdə, 2025-ci ili kənd təsərrüfatı sahələri üçün uğurlu il hesab etdiyini bildirib.

“Çünki ötən il təsərrüfatın əsas istiqamətlərində - xüsusilə taxılçılıq, pambıqçılıq, üzümçülük və heyvandarlıq məhsullarının istehsalında ciddi artım müşahidə olunub.

Yumurta və süd istehsalı isə adətən sabit dinamika ilə inkişaf edən sahələrdir və əvvəlki dövrlərdə artım tendensiyası ilə seçilib. Keçən illə müqayisədə qeydə alınan müəyyən azalma istehsalda sistemli problem kimi qiymətləndirilməməlidir. Bu, daha çox mövsümi amillərlə, qış aylarında yemləmə şəraiti, havaların soyuq keçməsi kimi səbəblərlə bağlı ola bilər. Hesab edirəm ki, yaxın dövrdə bu azalma aradan qalxacaq və ərzaq təhlükəsizliyi baxımından ciddi risk yaratmayacaq”.

Deputat həmçinin vurğulayıb ki, bazarda ətin qiymətində artım müəyyən narazılıqlar yaratsa da, iri heyvandarlıq komplekslərinin yaradılması, stimullaşdırıcı mexanizmlərin tətbiqi və dövlət dəstəyi gələcəkdə heyvandarlığın inkişafına müsbət təsir göstərəcək:

“Əhalinin ərzaq tələbatının ödənilməsi kompleks tədbirlərin həyata keçirilməsini tələb edir və dövlət bu istiqamətdə işləri davam etdirir. Bununla yanaşı, sahibkarların və vətəndaşların da üzərinə mühüm məsuliyyət düşür”.

Komitə sədri əlavə edib ki, xüsusilə ət və süd verən heyvanların yetişdirilməsinə diqqətin artırılması vacibdir:

“Fərdi təsərrüfatlarda qoyun-quzu və mal-qaranın sağlam saxlanılması önəmlidir. Təəssüf ki, son illərdə bəzi fərdi təsərrüfatlarda mal-qaranın sayında azalma müşahidə olunur ki, bu da müəyyən mənada ət və süd məhsullarının bahalaşmasına təsir edən amillərdəndir.

Məhz buna görə də kənd yerlərində yaşayan hər bir şəxs və sahibkar ərzaq təhlükəsizliyinin təmin olunmasında fəal iştirak etməlidir. Bu, həm ölkə üçün vacibdir, həm də ailə büdcəsinin möhkəmlənməsi baxımından faydalıdır. Ümumilikdə vəziyyət nəzarət altındadır və düşünürəm ki, yumurta və süd istehsalında müşahidə olunan azalmalar gələcək üçün ciddi problem yaratmayacaq”.

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli isə Azərbaycanın kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin məhdudluğuna, yem bazasının isə zəif olmasına diqqət çəkib:

“Siz gəncsiniz, bəlkə də xatırlamırsınız, amma mən yaxşı xatırlayıram ki, müstəqilliyin ilk illərində heyvanların baş sayı kəskin artmağa başlamışdı. Hazırda isə azalma müşahidə olunur. Lakin baş sayının azalması yalnız az məhsuldar heyvanların dövriyyədən çıxarılması və onların yerinə yüksək məhsuldar cinslərin gətirilməsi və ya ölkə daxilində yetişdirilməsi hesabına baş verməlidir.

Bu yanaşmanın vacibliyi rəqəmlərdə də aydın görünür. Məsələn, İspaniyada 800 min sağmal inəkdən təxminən 6 milyon ton süd əldə olunur. Bizdə isə 1 milyon 300 min sağmal inəkdən cəmi 2 milyon ton süd istehsal edilir. Fərq ondan ibarətdir ki, daha az heyvandan daha çox məhsul almaq mümkündür. Elə heyvanlar var ki, çox yem sərf olunur, amma məhsuldarlıq aşağıdır. Halbuki həmin yem yüksək məhsuldar heyvanlara yönəldilsə, süd və ət istehsalını əhəmiyyətli dərəcədə artırmaq olar. Biri var inək gündə 15-20 litr süd versin, biri də var cəmi 3-5 litr versinr. Eyni vəziyyət ətlik istiqamətdə də müşahidə olunur. Məsələn, bəzi heyvanlar gündə 400 qram çəki artırır, digərləri isə 1 kiloqramdan artıq. Təbii ki, mövcud yem resursları daha yüksək nəticə verən cinslərə yönəldilməli, az məhsuldar heyvanlar mərhələli şəkildə dövriyyədən çıxarılmalıdır”.

Ekspertin sözlərinə görə, hazırda isə fərqli mənzərə ilə üzləşirik:

“Xaricdə yüksək məhsuldar damazlıq heyvanlar yetişdirən şirkətlər əvvəlcə ən keyfiyyətli cinsləri daha imkanlı ölkələrə, məsələn Afrika ölkələrinə satırlar. Həmin ölkələr bu heyvanlardan uzun müddət səmərəli istifadə edir, 4-5 bala alır və yüksək süd istehsalına nail olurlar. Bizim bazara isə çox vaxt daha aşağı keyfiyyətli heyvanlar gətirilir. Onlar ucuz alınır, lakin sənədlərdə baha göstərilərək fermerlərə satılır və dövlət də bu alışın müəyyən hissəsini subsidiya edir. Nəticədə həmin heyvanlardan cəmi 1-2 bala almaq mümkün olur, sonra isə sıradan çıxırlar”.

Mütəxəssis onu da nəzərə çatdırıb ki, süd və yumurta istehsalında azalma tendensiyasının müşahidə olunması, heç də, yalnız baş sayının azalması ilə bağlı deyil:

“Burada sistemli problemlər mövcuddur: zəif yem bazası, keyfiyyətsiz yem istehsalı və yüksək məhsuldar cinslərin yetərincə yetişdirilməməsi. Azərbaycanda istehsal olunan yemlərin təxminən yarısının keyfiyyətsiz olduğu bildirilir. Keyfiyyətsiz yemlə isə yüksək məhsuldarlıq əldə etmək mümkün deyil.

Bundan əlavə, ötən ilin avqust ayından etibarən baş verən müəyyən proseslər və xərclərin artması da sahəyə mənfi təsir göstərib. Heyvanların sayını və məhsuldarlığı əvvəlki səviyyəyə qaytarmaq asan olmayacaq. İnfrastrukturun inkişafı və uzunmüddətli strategiya məsələləri də hələ tam həllini tapmayıb”.

V.Məhərrəmli eyni zamanda qeyd edib ki, əgər kənd təsərrüfatı sahəsində, xüsusilə də aidiyyəti qurumların strukturunda ciddi islahatlar aparılmasa, peşəkar və sahəni dərindən bilən mütəxəssislər irəli çəkilməsə, vəziyyətin dəyişməsi çətin olacaq:

“Türkiyədə təhsil almış, heyvandarlıq üzrə ixtisaslaşmış gənc baytar və mütəxəssislərimiz var və onların bilik və təcrübəsindən istifadə edilməlidir. Sahədən uzaq, praktik təcrübəsi olmayan kadrların bu sahəni inkişaf etdirməsi çətin ola bilər. Heyvandarlığın inkişafı yerli şəraiti və reallıqları yaxşı bilən mütəxəssislərin iştirakı ilə mümkün olur. Əks halda, istehsal azalacaq və idxaldan asılılıq artacaq. Bu proses artıq müşahidə olunur və gələcəkdə daha qabarıq şəkildə özünü göstərə bilər. Ən yaxın 5 il ərzində biz kənd təsərrüfatı yönümlü inkişafın şahidi ola bilərik”, - deyə o fikrini tamamlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Mart 2026 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri