Icma.az
close
up
RU
Süd məhsulları ilə bağlı YENİ TƏLƏB Qiymətlər yüksələcək?

Süd məhsulları ilə bağlı YENİ TƏLƏB Qiymətlər yüksələcək?

Icma.az bildirir, Bizim media portalına istinadən.

Bazarlarda etiketsiz satılan ağartı məhsulları etiketlənəcək.
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əli Nəbiyev qurumun 6 ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, proses əvvəlcə Bakı şəhərindən başlayıb, tədricən region bazarlarını da əhatə edəcək:
"AQTA dövlət hesabına bazarlarda əvvəllər etiketsiz satılan ağartı məhsulların etiketlənməsini həyata keçirir. Artıq "Yaşıl bazar"da məhsulların etiketlənməsi prosesi başlayıb. Yaxın zamanlarda digər bazarları da əhatə edəcək".
Bəs bu qərarın icrası nə qədər real və effektivdir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib ki, sözügedən qərarın həyata keçirilməsi çox əhəmiyyətlidir:
“Çünki istehlakçıların hüquqlarının ən çox pozulduğu yer bazarlardır. Burada etiketsiz kampotlar, mürəbbələr, kolbasalar, yağ-pendir və s. satılır. Halbuki qida təhlükəsizliyi baxımından bu məhsulların etiketlənməsi çox vacibdir. Lakin bu proses elə həyata keçirilməlidir ki, qiymət artımına təkan verməsin.
Nazirlər Kabinetinin 94 saylı qərarına görə bütün mallar qablaşdırılmlı və etiketlənməlidir. Məhsulun istehsal və saxlanma müddəti göstərilməlidir. Avropa ölkələrində açıq şirniyyat satışına rast gəlmək mümkün deyil. Bizdə isə konfet və şokaladlar açıq şəkildə vitrinlərə düzülür. Belə vəziyyətdə onun  nə zaman istehsal olunduğunu və yaxud istifadə müddətini öyrənmək qeyri-mümkündür.
Ona görə də AQTA-nın yeni təşəbbüsü normaldır. Lakin onun icrası zamanı sahibkarların incidilməməsinə təminat vermək çox çətindir. Çox təəssüf ki, praktikada görürük ki, istənilən təşəbbüs qiymət artımına səbəb olur”.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 İyul 2026 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri