Icma.az
close
up
RU
Saxtalaşdırılan tarix, talan edilən torpaq: Kəlbəcərdə işğal siyasəti ŞƏRH

Saxtalaşdırılan tarix, talan edilən torpaq: Kəlbəcərdə işğal siyasəti ŞƏRH

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İşğal yalnız torpağın zəbt edilməsi ilə bitmir. İşğalçı dövlət ələ keçirdiyi əraziləri əbədiləşdirmək üçün müxtəlif üsullara əl atır: demoqrafik mənzərəni dəyişir, tarixi yaddaşı silməyə çalışır, təbii sərvətləri talan edir. Ermənistanın 27 il ərzində Kəlbəcərdə həyata keçirdiyi siyasət bunun bariz nümunəsidir. 25 noyabr – Kəlbəcər şəhəri günü münasibətilə bu siyasətin mahiyyətini və onun iflasını xatırlamaq vacibdir.

İşğaldan sonra Ermənistan Kəlbəcərdə qeyri-qanuni məskunlaşdırma siyasətinə başladı. Azərbaycanlıların zorla qovulduğu kəndlərə Ermənistandan, eləcə də başqa ölkələrdən insanlar köçürüldü. Bu siyasətin məqsədi işğal olunmuş ərazinin demoqrafik vəziyyətini süni şəkildə dəyişmək, gələcəkdə həmin ərazilər üzərində “faktiki vəziyyət” yaratmaq və işğalı geri dönməz etmək idi. Qeyri-qanuni məskunlaşanlara torpaq, ev və müxtəlif güzəştlər vəd olunurdu.
Bu siyasət beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması idi. 1949-cu il Cenevrə konvensiyalarına görə, işğalçı dövlət öz mülki əhalisinin bir hissəsini işğal etdiyi əraziyə köçürə bilməz. Ermənistan isə bu norma ilə açıq şəkildə hesablaşmırdı. Azərbaycan dəfələrlə bu məsələni beynəlxalq təşkilatların gündəliyinə çıxarırdı. ATƏT-in faktaraşdırıcı missiyasının işğal olunmuş ərazilərə səfəri və hazırladığı hesabat da həmin ərazilərdə qeyri-qanuni məskunlaşmanın faktlarını təsdiq etmişdi.
Qeyri-qanuni məskunlaşdırma ilə yanaşı, tarixi yaddaşın saxtalaşdırılması siyasəti də həyata keçirilirdi. Kəlbəcər kəndlərinin qədim Azərbaycan adları dəyişdirilir, yeni adlar uydurulurdu. Rayonun adı belə dəyişdirilmişdi. Müsəlman qəbiristanlıqları dağıdılır, məscidlər təhqir olunur, alban abidələrinin kitabələri pozularaq onlara başqa mənşə aid edilirdi. Bütün bunlar Azərbaycan xalqının bu torpaqla bağlılığının izlərini silmək cəhdi idi.
Kəlbəcərin təbii sərvətləri də qanunsuz istismara məruz qalırdı. Rayonun qızıl yataqları illərlə talan edildi. Meşələr qırıldı, qiymətli ağac növləri xaricə daşındı. Bu fəaliyyət həm Azərbaycan xalqına külli miqdarda iqtisadi ziyan vurur, həm də bölgənin ekologiyasını məhv edirdi.
Lakin tarix göstərdi ki, işğal və qanunsuz məskunlaşdırma ilə qurulan heç nə davamlı ola bilməz. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində 10 noyabr tarixli Üçtərəfli Bəyanat imzalandı. Bəyanata əsasən Kəlbəcər rayonu Azərbaycana qaytarılmalı idi. Əvvəlcə bunun üçün 15 noyabr tarixi müəyyən edilmişdi. Lakin Ermənistan tərəfinin xahişi əsasında Azərbaycan humanizm nümayiş etdirərək on günlük əlavə möhlət verdi.
Məhz bu günlərdə işğalçının eybəcər siması bir daha bütün dünyanın gözü qarşısında ortaya çıxdı. Kəlbəcəri tərk edən qanunsuz məskunlaşanlar evləri yandırdı, məktəbləri və digər binaları dağıtdı, elektrik xətlərini sökdü, ağacları kəsdi. Apara bilmədikləri hər şeyi məhv etdilər. Kəlbəcər üzərində qalxan tüstü sütunları dünya mediasında yayıldı və beynəlxalq ictimaiyyət işğalçının əsl mahiyyətini öz gözləri ilə gördü. Bu, bir daha sübut etdi ki, işğalçı bu torpağa heç vaxt doğma olmayıb, onu yalnız talan etmək üçün tutub.
Azərbaycanın verdiyi humanist möhlət işğalçı tərəfindən dağıntı üçün istifadə edildi. Bu fakt həm Azərbaycan dövlətinin yüksək mənəvi mövqeyini, həm də qarşı tərəfin heç bir humanizm prinsipinə hörmət etmədiyini göstərdi. Ekoloji terror, mədəni irsə qarşı vandalizm və mülkiyyətin məhv edilməsi beynəlxalq hüquq baxımından ciddi cinayətlərdir və bu faktlar sənədləşdirilərək beynəlxalq ictimaiyyətə çatdırılır.
2020-ci il noyabrın 25-də Azərbaycan Ordusu Kəlbəcərə daxil oldu və rayon üzərində tam nəzarəti bərpa etdi. Qeyri-qanuni məskunlaşanların hamısı rayonu tərk etdi. Beləliklə, 27 il ərzində qurulan işğal sistemi bir neçə gün ərzində çökdü.
Bu gün Kəlbəcərə onun qanuni sahibləri – kəlbəcərlilər qayıdır. Yanşaq, Zallar və Zar kəndlərində, Kəlbəcər şəhərinin yeni yaşayış komplekslərində minlərlə ailə üçün mənzillər tikilir. İşğalçının yandırdığı evlərin yerində müasir yaşayış məntəqələri ucalır. Qeyri-qanuni məskunlaşdırma siyasəti tarixin arxivinə qovuşub, Böyük Qayıdış isə reallığa çevrilib.
Azərbaycan dövləti işğal dövründə vurulan zərərin hesablanması və beynəlxalq hüquq çərçivəsində məsuliyyət məsələsinin gündəmə gətirilməsi istiqamətində ardıcıl iş aparır. Kəlbəcərdə dağıdılmış yaşayış məntəqələri, talan edilmiş təbii sərvətlər, qırılmış meşələr və məhv edilmiş tarixi abidələr barədə faktlar toplanır, sənədləşdirilir və beynəlxalq ictimaiyyətə təqdim olunur. Bu iş həm tarixi həqiqətin bərpası, həm də gələcəkdə oxşar cinayətlərin qarşısının alınması baxımından əhəmiyyətlidir. Dünya ictimaiyyəti bilməlidir ki, işğal və qanunsuz məskunlaşdırma heç bir halda cəzasız qalmamalıdır.
Kəlbəcər şəhəri günü bizə xatırladır ki, haqq və ədalət nə qədər gecikməsindən asılı olmayaraq qalib gəlir. İşğalçının törətdiyi cinayətləri unutmamaq, onları sənədləşdirmək və gələcək nəsillərə çatdırmaq tarixi yaddaşımızın qorunması baxımından mühüm vəzifədir.

Günay Mehdiyeva,

YAP Nəsimi rayon təşkilatının əməkdaşı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Noyabr 2026 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see327

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see298

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see295

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see294

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see284

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see266

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see258

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see246

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see243

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see240

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see238

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see236

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see220

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see219

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see219

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see217

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see215

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see211

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see198

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri