Süd və süd məhsullarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Salyan rayonunun Quyçu kəndində fəaliyyət göstərən, fiziki şəxs Arif İnşallah oğlu Cəlilova məxsus süd və süd məhsullarının istehsalı müəssisəsində yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Həmçinin emal sahəsində səthlərin yuyulabilən materialla üzlənmədiyi, temperatura və nisbi rütubətə nəzarət edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, istifadə olunan suyun filtrdən keçirilmədiyi, pasterizasiya avadanlıqlarının mövcud olmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 10 Oktyabr 2025 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















