Süd verən analar nə yeməlidir? Həkimdən MƏSLƏHƏTLƏR
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Analar pəhriz saxlamamalıdırlar. Bu, ilk növbədə analarımıza verdiyimiz əsas tövsiyələrdən biridir. Gündəlik qida rasionunun enerji dəyəri 1800 kilo kaloridən aşağı olmamalıdır. Həmçinin sutka ərzində 2,5–3 litr maye qəbul edilməlidir".
Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi rəsmi instaqram səhifəsində canlı yayım zamanı Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Aygün Məmmədova vurğuladı.
Həkimin sözlərinə görə, xüsusi pəhrizlərə, yəni "bu olmaz, o olmaz" kimi ciddi qida məhdudiyyətlərinə isə hazırkı elmi ədəbiyyat əsasında ehtiyac yoxdur və biz bunu tövsiyə etmirik:
"Lakin qida rasionunda paxlalı bitkilər və ya çox ədviyyatlı yeməklər varsa, analara bildiririk ki, onları qəbul edə bilərlər. Sadəcə nəzərə alsınlar ki, bu qidalar bəzi hallarda körpədə köp və sancıların artmasına səbəb ola bilər. Bununla yanaşı, döşlə əmizdirən analara spirtli içkilərin qəbulu qətiyyən tövsiyə olunmur. Həmçinin kofein tərkibli içkilərin də mümkün qədər az qəbul edilməsi məsləhətdir. Çünki kofein körpənin yuxu rejiminə mənfi təsir göstərə və onda narahatlıq yarada bilər. Buna görə də bu içkilərin istifadəsini məhdudlaşdırmaq tövsiyə olunur".
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 05 Avqust 2026 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















