Suda batan kişi 6 uşaq atası imiş YENİLƏNİB
Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ötən gün Göyçayın Hacalıkənd kəndində su kanalında batan şəxslə bağlı bir sıra detallar məlum olub.
Gununsesi.info-nun məlumatına görə, 1987-ci il təvəllüdlü, Ağdaş rayon sakini Seyidov İlkin Bəhram oğlu 6 uşaq atası olub.
O, Göyçayda çoban işləyirmiş. Hadisə zamanı İlkin Seyidovun sərxoş olduğu bildirilir.
***
11:10
Ötən gün Göyçayın Hacalıkənd kəndində su kanalında batan 1987-ci il təvəllüdlü, Ağdaş rayon sakini Seyidov İlkin Bəhram oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran Dalğıc axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb.
Gununsesi.info xəbər verir ki, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.
Hadisə ilə bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 13 Noyabr 2024 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















