Sudanda 25 dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qahirə, 3 oktyabr, AZƏRTAC
Sudan Həkimlər Şəbəkəsi ölkənin Şimali Kordofan əyalətinin Umm Bədr bölgəsində Çevik Dəstək Qüvvələri tərəfindən 25-dən çox mülki şəxsin öldürüldüyünü iddia edib. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
AZƏRTAC “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, Sudan Həkimlər Şəbəkəsi hadisənin xüsusilə narahatedici olduğunu qeyd edərək, qətllərin etnik zəmində törədildiyini bildirib.
Hadisə Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında davam edən qarşıdurmalar fonunda baş verib. Ölkənin bir sıra bölgələrində döyüşlər nəticəsində mülki əhali arasında itkilər artmaqdadır.
Qeyd edək ki, Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında müharibə 2023-cü ilin aprelindən davam edir. Məlumatlara görə, qarşıdurmalar nəticəsində azı 59 min nəfər həlak olub, təxminən 13 milyon insan didərgin düşüb. Hazırda 30 milyondan çox insanın humanitar yardıma ehtiyacı olduğu bildirilir.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 03 Oktyabr 2026 18:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















