Icma.az
close
up
RU
Süddən və ətdən gələn təhlükə

Süddən və ətdən gələn təhlükə

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ətdən, süddən və digər süd məhsullarından insana çox ağır infeksiya - brusella keçə bilər.

Bu infeksiya insanda brusellyoz xəstəliyinin inkişafına səbəb olur. Bu çox təhlükəli xəstəlikdir. Bruselyoz insanı hətta əlil edə bilər.

İnfeksiya mənbəyi xəstə ev heyvanlarıdır (inək, keçi, qoyun). Saglamolun.az xəbər verir ki, infeksiya orqanizmə dəridə olan sıyrıntılardan (çiy əti doğrayanda və s.), tənəffüs orqanların selikli qişasından və həzm sistemindən (xəstə heyvanın südünü, ətini qəbul etdikdə) daxil ola bilər. Daha sonra infeksiya bütün orqanizm boyu yayılır və ağır pozulmalara səbəb olur.

Bruselyoz hiyləqər xəstəlikdir - onun spesifik simptomları yoxdur. Xəstə müxtəlif pozulmalardan əziyyət çəkir və illər ərzində müxtəlif həkimlərdə müalicə alır, lakin şəfa tapmır. Xəstəlik bir çox hallarda xroniki formaya keçir.

Bruselyozun simptomları

- baş ağrıları, əsəbilik, yuxusuzluq, güclü zəiflik

- əzələ, oynaq və bel ağrıları

- hərarətin uzun müddət ərzində "səbəbsiz olaraq" artması

- tərləmənin artması (xüsusilə gecə saatlarında)

- qara ciyərin və dalağın böyüməsi

- ürək iltihabları (miokardit, endokardit, perikardit)

- cinsiyyət sistemi iltihabları, sonsuzluq, qadınlarda menstrual dövrünün pozulmaları

- sinir sisteminin zədələnmələri (meningit, ensefalit, nevrit)

- bədən çəkisinin və iştahanın azalması

- bronxit, pnevmoniya.

Gördüyümüz kimi, bruselyozun spesifik simptomları yoxdur. Bu isə onun diaqnostikasını çətinləşdirir. Xəstəliyin diaqnozunun qoyulması üçün xüsusi qan analizləri və digər müayinələr aparılır.

Bruselyozun müalicəsində antibiotiklər, iltihab əleyhinə preparatlar, immun sistemini gücləndirən preparatlardan istifadə olunur. Müalicə çətin və uzunmüddətlidir. Müalicə olunmuş xəstə daha sonra bir müddət ərzində həkimin nəzarətində qalmalıdır.

Bruselyoz xəstəliyinə tutulmaq asandır, lakin onu müalicə etmək çox çətindir. Bu səbəbdən özünüzü bruselyozdan qoruyun. Bunun üçün bu qaydalara əməl edin:

- Bazarlardan və s. bu kimi yerlərdən alınan südü qəbul etdikdən əvvəl yaxşı qaynatmaq lazımdır.

- Bazarlardan şor, pendir, yağ kimi süd məhsulları almayın və qəbul etməyin.

- Heç vaxt çiy ətin dadına baxmayın.

- Əllərinizdə çatlar, sıyrıntılar və s. olduqda çiy ətlə işlədikdə əllərinizə əlcək taxın.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 06:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see422

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see273

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see260

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see244

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see224

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see222

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see213

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see212

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see209

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see201

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see191

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see189

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see188

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see185

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see185

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see182

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see179

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see175

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see170

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri