Icma.az
close
up
RU
Süfrə açmasaq, camaat bizi qınayar, ölümüzə hörmətsizlik etmiş olarıq... İlahiyyatçı AÇIQLADI

Süfrə açmasaq, camaat bizi qınayar, ölümüzə hörmətsizlik etmiş olarıq... İlahiyyatçı AÇIQLADI

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Yas mərasimləri ilə bağlı mövqeyim illərin müşahidəsi və cəmiyyətin içində gördüklərimə əsaslanır. Mən hesab edirəm ki, bu sahədə dəyişikliklər kəskin qadağalarla deyil, mərhələli və düşünülmüş şəkildə aparılmalıdır. Çünki yas təkcə dini məsələ deyil, burada insanların psixologiyası, nəsillər boyu formalaşmış adətlər və cəmiyyətin gözləntiləri də var. Bunları nəzərə almadan atılan hər addım əks reaksiya doğura bilər".
Bunu Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib. 
O, bildirib ki, bu gün cəmiyyətin böyük bir hissəsi üçün yasda ehsan verməmək hörmətsizlik kimi qəbul olunur:
"Ailələr düşünür ki, süfrə açmasaq, camaat bizi qınayar, ölümüzə hörmətsizlik etmiş olarıq. Elə bu düşüncə tərzinə görə də ehsan verməyən insanlar daxili gərginlik keçirir, hətta özlərini günahkar hiss edirlər. Bu isə problemin təkcə mərasimdə yox, insanların düşüncəsində olduğunu göstərir. Halbuki İslam bu mövzuda son dərəcə aydın mövqe ortaya qoyur. Qurani-Kərimdə dəfələrlə vurğulanır ki, Allah dini insanlara çətinlik yaratmaq üçün göndərməyib. Əksinə, Allah insan üçün asanlıq istəyir. Peyğəmbərimizin (s) həyatına baxanda da bunu görürük. O, yas düşən evdə süfrə açılmasını yox, həmin ailəyə kömək edilməsini tövsiyə edirdi".
İlahiyyatçı bildirib ki, islam alimləri də əsrlər boyu eyni mövqedə olublar:
"İmam Nəvəvi, İbn Qüdamə, İbn Həcər əl-Əsqəlani kimi böyük fiqh alimləri yazırdılar ki, yas sahibinin ehsan verməsi düzgün deyil, çünki bu, onsuz da çətin durumda olan ailəyə əlavə maddi və mənəvi yükdür. Müasir alimlər də bildirirlər ki, bu mərasimlər zamanla dini mahiyyətini itirib və sosial nümayişə çevrilib, kim daha çox süfrə açdı, kim daha çox adam yığdı kimi düşüncələr dinin ruhu ilə uyğun gəlmir. Dünya müsəlmanlarının təcrübəsi də bunu təsdiqləyir. Türkiyədə, Malayziyada, İndoneziyada, Mərakeşdə yas mərasimləri sadə keçirilir. İnsanlar toplaşır, Quran oxunur, dua edilir, mərhum hörmətlə yad olunur. Amma yas evi restoran funksiyası daşımır. Orada əsas olan yemək yox, təsəlli və mənəvi dəstəkdir. Çünki ölən insanın ruhuna fayda verən süfrənin bolluğu deyil, edilən duadır".
Onun sözlərinə görə, bizdə yas mərasimləri sosial təzyiq alətinə çevrilib:
"İnsanlar bir-birinə baxır, filankəs necə elədi, biz də elə etməliyik deyə düşünür. Ailələr borca girir, imkanını aşır və yasdan sonra uzun müddət bu yükün altında qalır. Bu nə dini baxımdan doğrudur, nə də sağlam cəmiyyətin yolu ola bilər. Yas insanı fanilik haqqında düşündürməli, təvazöyə çağırmalı olduğu halda, bizdə bəzən stress və yarışa çevrilir. Bu vəziyyətdən çıxış yolu qadağalardan keçmir. Qadağa insanı inandırmır, sadəcə narazılıq yaradır. Əsas yol maarifləndirmədir. İnsanlara izah edilməlidir ki, yasda sadəlik hörmətsizlik deyil. Əksinə, bu, mərhumun və ailəsinin izzətini qoruyan davranışdır. Elə bir ictimai mühit formalaşmalıdır ki, ehsan verilməyəndə yas sahibi özünü sıxılmış yox, rahat hiss etsin. İnsan bilməlidir ki, hörmət süfrənin növünə görə yox, insan kimi yanında olmağa görə göstərilir".
O, bildirib ki, yas mərasimləri tədricən İslamın istədiyi formaya qayıda bilər:
"Düşüncə dəyişəndə adətlər də dəyişir. Əsl islahat qanunla yox, məhz düşüncə ilə başlayır".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:36
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Yanvar 2026 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see223

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see203

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see175

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see143

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see139

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see131

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

İngiltərə Kuboku: “Brayton” “Yunayted”i məğlub edib

11 Yanvar 2026 23:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri