Icma.az
close
up
RU
Sukanal idarələri təlimə cəlb olunub FOTO VİDEO

Sukanal idarələri təlimə cəlb olunub FOTO VİDEO

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

19-21 sentyabr tarixlərində Bakıda keçiriləcək "Formula 1" yarışları ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin müvafiq qurumları fəaliyyətlərini gücləndirilmiş iş rejimində davam etdirir.ğ

Bakıvaxtı.az xəbər verir ki, yarışlardan öncə yaradılan komissiyanın müəyyənləşdirdiyi plana uyğun olaraq sukanal idarələrinin əməkdaşları trassa boyu yüksək səviyyədə nəzarət tədbirləri həyata keçirirlər. Növbəti tədbir Səbail rayonunda olub.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin şöbə müdiri Ceyhun Musaoğlu tədbir barədə məlumat verərək bildirib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakıda keçiriləcək növbəti Formula-1 yarışlarına ənənəvi olaraq hazırlaşır. “Biz hazırda Səbail rayon Sukanal İdarəsinin ərazisindəyik və burada İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin 3 sukanal idarəsinin bütün heyəti, texnikası, mal-materialları nümayiş olunur və Nəsimi Sukanal İdarəsi, Səbail Sukanal İdarəsi və Yasamal Sukanal İdarəsinin ərazilərindən keçən trassa boyu dislokasiya yerləri müəyyənləşdirilir, texnikaya baxış keçirilir. Bu təlim - məşq toplanışı növbəti günlərdə də davam edəcək”.

Tədbirdə xüsusi texnika və nəqliyyat vasitələrinin vəziyyətinə bir daha aydınlıq gətirilib. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Tahir Xəlilov və Xidmətin nümayəndələri idarənin fəaliyyəti ilə yaxından tanış olublar.

Tahir Xəlilov təlim iştirakçılarına görülən işlər, mövcud vəziyyət, fəaliyyət planının icrası ilə bağlı ətraflı məlumat verib. Formula-1 yarışlarında tapşırıqların səmərəli və effektli icrasına nail olmaq üçün tövsiyələrini, təkliflərini bildirib, hər bir əməkdaşın öhdəsinə düşən işi məsuliyyətlə və peşəkarcasına yerinə yetirməyə səsləyib. Qurumun Formula-1 yarışlarına məsul olan bütün əməkdaşlarının işlərin öhdəsindən layiqincə gələcəyinə əmin olduğunu vurğulayaraq qeyd edib ki, təlim-məşq toplantısı yarışların keçirildiyi ərəfədə qüsursuz işləməyimizə təkan olacaq.

Səbail rayon Sukanal İdarəsinin baş mühəndisi Azad Murquzov qeyd edib ki,  Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bu yarışla bağlı müvafiq işlərə yüksək səviyyədə hazırlaşır. “Biz bu gün də respublikada və Bakıda hər hansı mötəbər yarışların, tədbirlərin keçirilməsinə yüksək səviyyədə hazırıq”.

Qeyd edək ki, yarışlar zamanı xətlərin, şəbəkələrin təmizlənməsi, təzyiqlərin nəzarətdə saxlanlılması, baş verən hər hansı qəza hadisəsinin anındaca aradan qaldırılması və bu kimi işlər qurumun Operativ idarəetmə və mərkəzi mühəndis texnoloji xidmət, Su təchizatı sistemlərinin istismarı, Yağış suları və tullantı su şəbəkələrinin istismarı şöbələri tərəfindən idarə olunur. 
"Formula 1" yarışları ilə əlaqədar təlimlər mütəmadi olaraq davam etdiriləcək. 

Xatırladaq ki, Bakıda hər il keçirilən Formula-1 yarışlarında su təchizatına uyğun dislokasiya nöqtələri təyin edilir. Həmin nöqtələrə müəyyən sayda işçi qüvvəsi, texnika və mal-material cəlb olunur. Dislokasiya nöqtələri olan ərazilərdən keçən təchizat sistemi nəzarətdə saxlanılır. Məqsəd, hər hansı problemin yaranmasının qarşısını öncədən almaqdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 Sentyabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri