Icma.az
close
up
RU
ŞÜKÜRBƏYLİ SAKİNLƏRİ DOĞMA YURDA QAYITDI

ŞÜKÜRBƏYLİ SAKİNLƏRİ DOĞMA YURDA QAYITDI

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünyanın elə bir yeri yoxdur ki, orda insanlar özlərini tamamilə xoşbəxt və rahat hiss etsinlər. Xoşbəxtlik və rahatlıq o vaxt  yaşanır ki,  sən öz yurdunda, öz yuvanda, öz ocağında ömür sürürsən. Ətrafındakı  qohumlarına, əzizlərinə baxıb sevinirsən. Əlbəttə, bu sevinci yaşamaq və bu sevinci görmək heç də hər kəndə, hər elə, hər obaya qismət olmur. Amma neyləmək olar ki, yağı düşmən 1993-cü ilin avqustunda bütün qarabağlılar kimi, Cəbrayıl rayonunun Şükürbəyli kəndinin sakinlərini də pərən-pərən saldı. O sakinlər ki doğma yurddan çıxanda heç nələrini götürə bilmədilər, ayaqyalın, başıaçıq canlarını güc-bəla ilə xilas etdilər. Hələ bəziləri də ermənilərin atdığı mərmidən, raketdən şəhid oldular.

Heç şübhəsiz, bu anları yaşamaq, bu anları görmək çox ağır idi. Əgər göydən mərmi, raket yağırsa təbii ki, hamı öz canının hayında olur  və o anları, o dəqiqələri görmək və yaşamaq  sözün həqiqi mənasında çox ağır və çətindir. Çünki bir jurnalist olaraq 1993-cü il avqustun 23-də mənim özüm də Cəbrayıl və Füzuli istiqamətində idim. Ən azından həmin günlər  mənim də doğmalarım öz yurd yerindən pərən-pərən düşmüşdü. Ata oğulun köməyinə çata bilmirdi, ana da övladının. O günlər gedib gəlməsin. İndiyə qədər yaxşı yadımdadır, Bəhmənlidən keçən yola atılan mərmi bizim kənddən çıxmaq istəyən bir ailənin maşınının yanına düşdü və İnqilab kişinin övladlarından biri həlak oldu. Gözü yaşlı və faciə içində o geri qayıdıb doğma balasını Bəhmənli qəbristanlığında dəfn elədi və sonradan  ağlaya-ağlaya üzü Bakıya yol aldı…

Heç şübhəsiz, həmin dərdin-ağrının içində bütün məcburi köçkün və qaçqınlar kimi Cəbrayıl rayonunun Şükürbəyli kəndinin sakinləri də nə az-nə çox, otuz ildən artıq əzablı günlər yaşadılar. O əzablı günlərin içində ağrı-acı ilə yanaşı, bir ayrılıq, bir həsrət, bir dərd də var idi. Həm Vətən  dərdi, həm də başqa yerdə məskunlaşmış və elə də şəraiti olmayan insanların xəstələnərək, ya da fikir-zikirdən dünyasını dəyişməsi. Xüsusən də yaşlı nəsil bu ayrılığa dözə bilmirdi. Amma bir  qaranlıq günün işıqlı bir sabahı da vardı. Və o işıqlı sabah 2020-ci ilin sentyabrın 27-də gəldi. 

Ali Baş Komandan, prezident  İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ermənilərə qarşı əks-hücuma keçdi. Və 44 gündə ordumuz möhtəşəm bir qələbə qazandı və 200 ildən sonra Azərbaycan tarixində yeni bir qızıl səhifə yazıldı. Başqa sözlə demiş olsaq, erməni işğalı altında olan bütün ərazilərimiz – şəhərlərimiz, qəsəbələrimiz, kəndlərimiz hamısı azad olundu. Qısa bir zaman kəsiyində azad olunmuş rayonlarda çox möhtəşəm tikintilər, quruculuq işləri və böyük proqramlar həyata keçirilməyə başlandı. Artıq  həmin ərazilərdə bütün infrastruktur yaradıldı, yeni yaşayış binaları tikildi, sosial obyektlər inşa olundu, məktəblər, xəstəxanalar, uşaq bağçaları istifadəyə verildi. 

Aydındır ki, belə quruculuq işləri Cəbrayıl rayonunda da geniş vüsət aldı. Bir-birindən gözəl, möhtəşəm yaşayış binaları inşa olundu. Artıq bir ildən çoxdur ki, həmin yaşayış yerlərinə insanlar qayıtmağa başlayıblar. 

Belə yeni salınmış yaşayış məntəqələrindən biri də Cəbrayılın Şükürbəyli kəndidir. O Şükürbəyli kəndi ki ermənilər orda daşı daş üstə qoymamışdılar, yandırdıqlarını yandırmışdılar, söküb apardıqlarını da daşıyıb dostlarına satmışdılar. Mənim özüm  1991-92-ci illərdə dəfələrlə bu kənddə olmuşam və polis rəisi ilə bu kənddə olan döyüşlərdə iştirak etmişəm. Çox gözəl və möhtəşəm bir kənd idi. Daşı  daş üstə qalmayan bu kənddə son bir neçə ildə  qısa zaman kəsiyində çoxlu sayda yaşayış binaları, sosial obyektlər, məktəb, uşaq bağçası tikilərək istifadəyə verilib. Artıq Şükürbəyli sakinləri Böyük Qayıdış proqramına uyğun olaraq öz doğma ocaqlarına  dönüblər. İndi burda 46 ailə  və ümumilikdə 223 sakin yaşayır. 

Onların sevincinə şərik olmaq üçün tanımadığım bir qapını döydüm. Dedim görək  onu üzümüzə kim açacaq. Döydüyümüz qapını üzümüzə açdılar və bizi sevinclə qarşıladılar. Məlum oldu ki, bu evin sahibi Qurban Əhmədovdur. Qurban kişi diqqətlə mənə baxdı, dedi  sizi hardasa görmüşəm. Elə onun da çöhrəsi mənə tanış gəldi. Qısa söhbətdən sonra biz bir-birimizlə tanış çıxdıq. O da aydın oldu ki, 1991-92-ci ildə mən bu kənddə  olarkən polislərlə bir yerdə onunla çörək kəsmişik. Hər şeyi xırdalığına qədər danışdı, hətta döyüşən polislərin bir neçəsinin də adını çəkdi. Gördüm onların adını çəkəndə gözləri dolur. Sən demə, həmin polislərin üçü şəhid olubmuş, bir neçəsi isə yaralanıbmış. O, dərindən köks ötürdü və dedi ki, bax, biz o şəhidlərin hesabına gəlib burda məskunlaşmışıq, evimizə dönmüşük. Şükür Allaha, mənə üçotaqlı mənzil veriblər. Oğlum və nəvələrimlə bir yaşayırıq. Hər səhər açılanda Allaha və prezidentimizə, şəhidlərimizə, qazilərimizə dua edirəm. Dua edirəm ki, ölmədim, bu günü də gördüm  və öz Vətənimə qayıdıb yaşayıram. Bundan gözəl nə ola bilər? Buranın çox  təmiz havası, suyu var. Torpağı da həddindən artıq bərəkətlidir, Gələn  kimi beli götürüb beş-altı ağac əkdim, indi maşallah, yavaş-yavaş onlar böyüyürlər. Bir də görəcəksən ki, gələn il bar verdi. 

Qurban kişinin oğlu Cəfərlə də tanış oldum. Cəfər dedi ki, biz hamımız Şükürbəyli üçün darıxırdıq, amma dədəm hamımızdan çox darıxırdı. Deyirdi ki, qərib yerdə ölmək istəmirəm. Qaçqın qaldığımız mənzildə dədəm tez-tez xəstələnirdi, amma bura gələndən bir gün də naxoşlamır. Səhər saat beşdən yuxudan qalxır, həyətə düşür və həyət-bacada əkdiyi  ağaclara, güllərə-çiçəklərə su verir. Biz indi hamımız çox xoşbəxtik. Ən azından ona görə ki, özümüzün qəşəng ev-eşiyimiz, rahat həyət-bacamız var, bundan gözəl nə ola bilər? Neçə qonaq gəlsə qarşılaya bilərik. Bir daha bu günü bizə qismət edən Cənab Prezidentimizə və Ordumuza minnətdarıq. İndi biz özümüzü burda çox xoşbəxt, daha rahat hiss edirik!
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://adalet.az
archiveBu xəbər 17 İyul 2026 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri