Şükürbəyliyə qayıdan keçmiş köçkün: Neçə illərdir bu günü gözləyirdik
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 10 sentyabr, AZƏRTAC
Bu gün burada olmağımıza, doğma torpağımıza qayıtmağımıza çox sevinirik. Neçə illərdir bu günü gözləyirdik. Çox ağır, çətin günlərimiz olub.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən keçmiş məcburi köçkün Təranə Quliyeva söyləyib.
Cəbrayıldan çıxanda 29 yaşı olduğu deyən Təranə Quliyeva indi 64 yaşında olduğunu bildirib: "Bu illər ərzində hər zaman doğma torpağımıza qayıdacağımız günü gözləmişik. Bu günə şükür. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Bu Qələbəni bizə yaşadan hər kəsə təşəkkürümüzü bildiririk. Prezidentimizə də Allah cansağlığı versin".
"Bu gün yoldaşımla, oğlumla birlikdə qayıdırıq. Nəvələrim də inşallah gəlib bu torpaqları görəcəklər",- deyə o əlavə edib.
Müxbir- Elmir Səftərov
Fotoqraf- Tofiq Babayev
Videooperator- İlham Nadirov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 10 Sentyabr 2026 08:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















